• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dilşad Abbasova: Zəfər günümüz Böyük Qayıdışa yol açan hadisə olmaqla, Azərbaycan xalqının milli qürur günü, dövlətçilik tariximizin mühüm və şanlı səhifəsidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-11-2023, 10:11

Dilşad Abbasova: Zəfər günümüz Böyük Qayıdışa yol açan hadisə olmaqla, Azərbaycan xalqının milli qürur günü, dövlətçilik tariximizin mühüm və şanlı səhifəsidir


45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dilşad Abbasovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dilşad Abbasova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasova - Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın işğal altında qalmasına dözməklə yanaşı həmin illər ərzində gücünün, qüdrətinin artırılmasını təmin etdi, beynəlxalq siyasətdə uğurlar qazandı və düşmən üzərində tarixi Zəfər qazandı. Bu işdə xalqın milli həmrəyliyi, Rəhbər-Xalq-Ordu birliyi əsas amil oldu.

Zəfər günümüz ümummilli qürur günümüzdür. Ali Baş Komandanımız, 30 ildir ki, tapdalanan ləyaqətimizi, ümidimizi bərpa etdi. Bu illər ərzində erməni diasporu və Qərb dövlətləri Ermənistanı, Qarabağdakı separatçı rejimi ciddi və açıq şəkildə müdafiə edirdilər. Azərbaycana təzyiq göstərirdilər ki, biz gedib separatçılarla bir masa arxasında əyləşib Qarabağın statusunu müzakirə edək. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın və Qərbin birlikdə həyata keçirdikləri bu çirkin siyasi oyunları pozdu, ərazi bütövlüyü məsələsində ortaya prinsipial, qətiyyətli mövqe qoydu. Ali Baş Komandan haqlı olaraq həm siyasi, diplomatik, həm də hərbi müstəvidə Qarabağın azadlığı üçün fəaliyyətləri gücləndirdi. Ordu quruculuğu sürətləndirildi. Peşəkar hərbi birləşmələr yaradıldı. Vətənpərvərlik ruhunda böyüyən gənclər böyük həvəslə hərbi biliklərə yiyələndilər. Silahlı Qüvvələr üçün ən müasir silahlar əldə olundu, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi. Hərbçilərimiz Türkiyədə, Pakistanda, MDB çərçivəsində bir sıra ölkələrdə təlimlər keçdilər. Qarabağ işğal olunarkən körpə olan övladlarımız böyüyüb Vətənə qəhrəman əsgər oldular. 2020-ci il sentyabrın 27-də cənab Prezidentin əmri ilə Ordumuz hücuma keçdi və 44 gün ərzində Azərbaycan torpaqlarını erməni işğalçılarından təmizlədi. Noyabrın 8-də Azərbaycan mədəniyyətinin paytaxtı olan, Şuşa şəhəri azad edildi, üçrəngli bayrağımız qədim şəhərimizdə dalğalandı. Mərd oğullarımız alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə qalxdılar. Təbii istehkam olan Şuşanın sıldırım qayaları ilə şəhərə daxil olan igidlərimiz orada əlbəyaxa döyüşlə düşməni məhv etdilər. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan ilkin missiya tamamlandı. Tarixən Şuşaya kim nəzarət edibsə, Qarabağ da onun olub. Bunu başa düşən Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyan özü müsahibələrində bildirirdi ki, məğlubiyyət aktına – 10 noyabrda imzalanan üçtərəfli bəyanata imza atmasaydı Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdilər.

Zəfər günü bizim yeni qələbələrimizin də yolunu açdı. Çoxları düşünürdü ki, 10 noyabr razılaşmasından sonra Azərbaycan Ordusu Qarabağda daha heç zaman hərbi əməliyyatlar həyata keçirməyəcək. Ermənistanın 10 noyabr bəyanatının şərlətini açıq-aşkar pozması Ordumuzu hərəkətə gətirdi. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi quruldu. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldıq. Amma erməni separatçıları yenə da çirkin, məkirli əməllərindən əl çəkmədilər. Qondarma rejim referendum, seçkilər keçirir, əraziləri minalayır, terror aktları həyata keçirirdilər. Nəhayət Azərbaycan dövləti revanşist qüvvələrin özbaşınalığına lazımi cavab verdi və sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı. Sözü ilə əməli bir olan Müzəffər Ali Baş Komandanımız 20 il bundan əvvəlı ilk dəfə andiçməsi zamanı “Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” deyərək xalqa verdiyi sözü yerinə yetirdi.

Prezident İlham Əliyev Xankəndidəki çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Bəli bu gün birmənalı qeyd etməliyik ki, Zəfər gününün memarı Azərbaycan xalqını vahid yumruğa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Vətən müharibəsi 44 gün çəksə də, Zəfər gününə gedən yol daha uzun və daha çətin olub. İstər hərbi müstəvisində, istər hərbi-siyasi və diplomatik müstəvidə bu zəfərin əldə olunması üçün böyük zəhmətlər çəkilib, cəsarət nümayiş etdirilib. Biz təkcə Ermənistanı deyil, onun arxasında duran böyük gücləri məğlub etdik.

Sözün əsil mənasında milli həmrəyliyə söykənən Zəfər günümüz Böyük Qayıdışa yol açan hadisə olmaqla, Azərbaycan xalqının milli qürur günü, dövlətçilik tariximizin mühüm və şanlı səhifəsidir.

Oxunub: 10194
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-10-2023, 11:44

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əhəd müəllimnin diqqətindədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-10-2023, 12:28

Mətləb müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə