• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vəfadar Bağırov: Dayanıqlı inkişafı təmin edən lider

Cəmiyyət

12-10-2023, 13:16

Vəfadar Bağırov: Dayanıqlı inkişafı təmin edən lider


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəfadar Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vəfadar Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov - “Bu gün Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərindən və onun yaratdığı reallıqlardan bəhs edirik. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin, ən əsası möhkəm təmələ əsaslanan və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanın bugünkü inkişafı, tərəqqisi üçün möhkəm təməl yaratdı. Dövlətinin, xalqının gələcəyini düşünən, Azərbaycanın dayanıqlı inkişafının davamlı olmasını arzulayan Ümummilli Lider Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü inkişafın əsasını qoydu. Dahi şəxsiyyət “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” çağırışını edərkən cənab İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasına güvəndi. Belə bir əminlik də ifadə edildi ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Ümummilli Liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək.
Vəfadar Bağırov: Dayanıqlı inkişafı təmin edən lider

XXI əsrin Azərbaycan möcüzəs

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev siyasətinin davamına səs verdi. Artıq həmin vaxtdan 20 il keçir. 20 il uğurlarla zəngin bir dövrdür. Dövlət başçısı İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində qeyd etmişdir ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev möhkəm təməl yaradıb. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma həyat yerində durmur, qarşımıza yeni vəzifələr çıxır. Azərbaycan xalqı görəcək ki, Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkənin inkişafında iqtisadi amilə xüsusi önəm verdi: “İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. İqtisadi inkişaf bütün sahələrdə uğurlu addımlara yol açır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız ən xoşbəxt xalq kimi qərarlaşır. Bu, Prezident İlham Əliyevin 20 ildə xalqa verdiyi hər bir vədinin konktret əməli işdə öz təsdiqini tapmasının nəticəsidir. Cənab İlham Əliyev jurnalistlərə ilk müsahibəsində “Gərək mən ümidləri doğruldam” çağırını etmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və ətrafında yumruq kimi birləşərək möhtəşəm uğurlara doğru inamla addımlayır. Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.”
Vəfadar Bağırov: Dayanıqlı inkişafı təmin edən lider


Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu reallığa çevirdi: “20 ilin uğurlarının zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə, 3 ili isə bu ərazilərimizin yenidən qurulmasına və bərpasına həsr olunub. 17 ildə Azərbaycan hər bir sahədə gücləndi, zəngin təcrübə qazandı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın mövqeyi dəstəkləndi. Prezident İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini dünyaya bəyan etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi əsas məsələ kimi qarşıda dayanmışdır.”

Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı: “Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Başlanan İkinci Qarabağ müharibəsi 44 gündə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.”
Vəfadar Bağırov: Dayanıqlı inkişafı təmin edən lider

20 ilin uğurlarının miqyası olduqca genişdir: “Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin, xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Tezliklə tarixi ədalətə söykənən bu hədəfimiz də reallığa çevriləcək və Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycana qayıdış müjdəsini xalqımıza çatdıracaq. Dövlət başçımızın bəyan etdiyi kimi, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik.”

Oxunub: 10723
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-10-2023, 13:21

Mahmud Bağırov şəhid ailələrinə özəl diqqət və qayğı göstərir

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim

Cəmiyyət

21-09-2023, 00:29

Səyyaf Tağıyev: Çiçəklənən səhiyyəmiz

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Dün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Dün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
15-09-2026, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
15-09-2026, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
15-09-2026, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
15-09-2026, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Dün, 16:00
    Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
  • Dün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Dün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Dün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Dün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Dün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Dün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Dün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Dün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Dün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Dün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Dün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Dün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Dün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Dün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Dün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Dün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Dün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Dün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • 15-09-2026, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • 15-09-2026, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • 15-09-2026, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • 15-09-2026, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • 15-09-2026, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • 15-09-2026, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • 15-09-2026, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • 15-09-2026, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • 15-09-2026, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • 15-09-2026, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • 15-09-2026, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • 15-09-2026, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • 15-09-2026, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə