• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SOS: Doğum azalır, əhali qocalır – İki tanınmışdan ÇAĞIRIŞ

Cəmiyyət

1-09-2026, 16:00

SOS: Doğum azalır, əhali qocalır – İki tanınmışdan ÇAĞIRIŞ


Azərbaycanda demoqrafik vəziyyətlə bağlı narahatedici tendensiya müşahidə olunur. Doğum səviyyəsinin azalması fonunda yaşlı əhalinin sayı və ümumi əhali strukturunda payı artır. Ekspertlər hesab edirlər ki, bu proses uzunmüddətli perspektivdə pensiya və səhiyyə sistemindən tutmuş əmək bazarı və sosial təminata qədər bir çox sahəyə ciddi təsir göstərə bilər.

İqtisadçı Natiq Cəfərlinin açıqladığı statistik göstəricilər də vəziyyətin miqyasını ortaya qoyur. Onun sözlərinə görə, 2000-ci ildə hər 1000 nəfər 15-64 yaşlı əhaliyə 83 nəfər 65 yaş və yuxarı şəxs düşürdüsə, 2026-cı ilin əvvəlində bu göstərici 152 nəfərə çatıb. N.Cəfərli bildirib ki, 2020-ci ildə hər 1000 nəfər 15-64 yaşlı əhaliyə 104 yaşlı şəxs düşürdüsə, 2023-cü ildə bu rəqəm 122, 2024-cü ildə 131, 2025-ci ildə 142, 2026-cı ildə isə 152 nəfər olub.
İqtisadçı eyni zamanda 65 yaşdan yuxarı əhalinin mütləq sayının da əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Belə ki, 2000-ci ildə bu yaş qrupuna daxil olan şəxslərin sayı 419,5 min nəfər olduğu halda, 2026-cı ildə 1 milyon 86,4 min nəfərə çatıb.

N.Cəfərlinin fikrincə, doğumun kəskin azalması və əhalinin sürətlə qocalması gələcəkdə pensiya və səhiyyə sisteminə ciddi yük yarada bilər. O hesab edir ki, hökumətlər ən azı 20-25 illik demoqrafik proqnozlar hazırlamalı və qabaqlayıcı tədbirlər görməlidirlər. Əks halda, problemin həlli daha baha və ağrılı başa gələ bilər.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a bildirib ki, demoqrafik problemlər hazırda yalnız Azərbaycana xas deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycan uzun müddət yüksək təbii artım göstəriciləri ilə seçilib: “Düzdür, Azərbaycanda bu problem əvvəllər o qədər də xarakterik olmayıb. Çünki ölkədə həmişə demoqrafik artım yüksək olub, əhalinin təbii artım dinamikası müsbət olub. Lakin artıq bir neçə ildir ki, Azərbaycanda da demoqrafik geriləmə özünü göstərir”.

Sosioloq doğum statistikasındakı dəyişikliklərin də bu tendensiyanı təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda təxminən 122 min uşaq doğulduğu halda, 2023-cü ildə bu göstərici 113 minə qədər azalıb. Sosioloq hesab edir ki, doğum səviyyəsinin azalmasının əsas səbəblərindən biri cəmiyyətin ailə və uşaq məsələsinə yanaşmasının dəyişməsidir.

Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlılıq ənənəsi daha güclü olub, xüsusilə regionlarda çoxuşaqlı ailələrə daha çox rast gəlinib: “Ümumiyyətlə, çoxuşaqlılıq daha çox aqrar xarakterli ölkələrdə və ənənəvi cəmiyyətlərdə müşahidə olunur. Çünki belə cəmiyyətlərdə çoxuşaqlı ailə həm sosial status, həm də təsərrüfat baxımından müəyyən üstünlük hesab edilir. Azərbaycanda da uzun müddət bu ənənə mövcud olub”.
Onun fikrincə, sosioloji araşdırmalar göstərir ki, əhalinin mədəni və təhsil səviyyəsi ilə doğum səviyyəsi arasında müəyyən korrelyasiya var: “Təhsil və mədəni səviyyə yüksəldikcə insanlar ailə planlaşdırmasında daha az uşağa üstünlük verirlər. Müasir ailələr üçün uşağın sayından daha çox onun keyfiyyətli böyüdülməsi, təhsili və gələcəyinə sərmayə qoyulması ön plana çıxıb”.

Üzeyir Şəfiyev qeyd edib ki, ölkədə yaşlı əhalinin sayının artması artıq diqqətdən kənarda qala bilməyəcək prosesdir. Onun sözlərinə görə, son onilliklərdə əhalinin ümumi sayı artsa da, ahılların əhali strukturundakı payı daha sürətlə yüksəlib:

“Bu nə deməkdir? Bu, yeni doğulanların ümumi əhali içərisində payının azalması, ahılların sayının və xüsusi çəkisinin isə artması deməkdir. Bu tendensiya davam edərsə, uzunmüddətli perspektivdə Azərbaycan əhalisinin yaşlanması və ölkənin qocalan əhali strukturuna daxil olması ilə nəticələnə bilər. Hazırda Azərbaycan əhalisi beynəlxalq təsnifata görə tam mənada “qoca əhali” kateqoriyasına aid edilmir. Bununla belə, yaşlanma prosesi sürətlənir. Çünki ölkədə median yaş təxminən 34 yaşdır. Əgər gələcəkdə median yaş 39-40 yaş həddini keçərsə, bu, əhalinin yaşlanmasının daha ciddi mərhələyə daxil olduğunu göstərə bilər. Doğum sayının azalması və yaşlı əhalinin artması gələcəkdə sosial xərclərin yüksəlməsinə səbəb ola bilər. Əmək qabiliyyətli əhalinin sayının azalması fonunda pensiyaçıların sayının artması dövlətin sosial təminat sisteminə əlavə yük gətirə bilər.

Eyni zamanda, əmək bazarında da ciddi dəyişikliklər baş verə bilər. İşçi qüvvəsinin azalması müxtəlif iqtisadi sahələrdə kadr çatışmazlığı yarada bilər. Ən ciddi risklərdən biri isə təbii artımın mənfi göstəriciyə keçməsidir. Bu halda ölkənin əhali artımını kompensasiya etmək üçün miqrasiya resurslarına ehtiyacı arta bilər. Yəni demoqrafik dəyişiklik yalnız əhalinin sayına təsir edən proses deyil. Bu, eyni zamanda təhsil, əmək bazarı, pensiya sistemi, sosial təminat, iqtisadi artım və miqrasiya siyasətinə birbaşa təsir göstərə biləcək uzunmüddətli problemdir”.

Bəs nə etmək lazımdır?

Sosioloqun fikrincə, demoqrafik geriləmənin qarşısını almaq üçün yalnız bir istiqamətdə deyil, kompleks tədbirlər həyata keçirilməlidir: "Qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi vacibdir. Ailələrə və uşaqlara birbaşa və dolayı maliyyə dəstəyi göstərilməsi doğum səviyyəsinin stimullaşdırılmasında mühüm rol oynaya bilər. ABŞ-da tətbiq edilən yeni doğulan uşaqlar üçün maliyyə mexanizmlərini nümunə göstərmək olar. Yeni doğulan uşağın adına müəyyən məbləğdə vəsaitin yatırılması və həmin vəsaitin uzunmüddətli investisiyaya yönəldilməsi ailələr üçün əlavə stimul yarada bilər. Bundan başqa, Azərbaycanda “çoxuşaqlı ailə” anlayışının əhatə dairəsinin genişləndirilməsi də müzakirə oluna bilər. Yəni üçuşaqlı ailələrin də çoxuşaqlı ailələr üçün nəzərdə tutulan müəyyən güzəşt və imtiyazlardan yararlanması bu ailə modelinə marağı artıra bilər. Eləcə də, Türkiyədə 2025-ci ilin “Ailə ili” çərçivəsində gənc ailələrə müxtəlif istiqamətlərdə dəstək mexanizmləri tətbiq olunub. Buraya gənclərin məşğulluğunun artırılması, mənzillə təminata dəstək və müəyyən hallarda toy xərclərinin qarşılanması kimi təşəbbüslər daxildir".

Sosioloq Azərbaycanda “uşaq pulu” məsələsinin də yenidən gündəmə gətirilə biləcəyini qeyd edib. Sosioloq hesab edir ki, görüləcək tədbirlərə baxmayaraq, doğum səviyyəsinin yaxın illərdə dərhal əvvəlki göstəricilərə qayıtması real görünmür.

Oxunub: 1022
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-08-2026, 09:47

Azərbaycanın əhalisi qocalır

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib

Siyasət

20-02-2024, 12:14

Azərbaycan hökumətinin ən gənc və ən yaşlı kadrı kimlərdir? - SİYAHI

Cəmiyyət

16-10-2025, 09:20

Azərbaycanda pensiya islahatları olacaq

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə