• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sahil İmanov: Azərbaycan sözünə sadiq olduğunu təsdiq etdi

Cəmiyyət

23-09-2023, 10:59

Sahil İmanov: Azərbaycan sözünə sadiq olduğunu təsdiq etdi



Sabirabad rayon Bulduq kənd tam orta məktəbinin direktoru Sahil İmanov - Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin başlıca məqsədi bu ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin təmin olunması olub.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etsə də Ermənistanın ölkəmizə qarşı mina terroru davam etməkdə idi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatından sonra da Ermənistan tərəfi bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində minaların basdırılmasını davam etdirirdi ki, bu da ölkəmizə qarşı açıq terror idi. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, hətta yeni çəkilmiş yolların ərazisinə minalar basdırılması kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub. Mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması isə son hədd oldu.

Tarixi zəfərdən sonrakı dövrdə 300-dən artıq Azərbaycan vətəndaşı minadan zərər çəkib. Bunlar arasında dinc sakinlər, uşaqlar, əsgərlərimiz var. Düşmən işğalından azad olan Kəlbəcərə, Laçına, Zəngilana soydaşlarımız 30 il həsrət ilə yaşadıqları dədə-baba ocaqlarında firavan həyat sürmək niyyəti ilə qayıdırlar. Bu ailələrin təhlükəsizliyini təmin etmək isə dövlətimizin ən ümdə vəzifədir.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri vərdiş etdikləri əməllərindən əl çəkmədilər, üçtərəfli bəyanatın 4-cü bəndi kobudcasına pozaraq, Azərbaycan ərazisində hərbi fəaliyyətlərini davam edirdilər.

Sentyabrın 19-20-də 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyuldu. “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında keçən qısa vaxt ərzində düşmənin təxribatlarının, yeni planlarının qarşısı alındı. Qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması, separatçıların "ağ bayraq" qaldırması ordumuzun peşəkarlığının növbəti təsdiqi oldu. Dosta qürur, düşmənə göz dağı olan 23 saat 43 dəqiqədə Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoymaqla yanaşı, Azərbaycanın suverenliyinə kölgə salmaq istəyənlərə ciddi mesaj verildi. Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha dünyanın gözü qarşısında vandalizm aktları törətməkdən çəkinməyən, Azərbaycanın tarixi torpaqlarına göz tikən düşmənə başa saldı ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusu eyni zamanda regionu erməni fazimzindən xilas etdi. Bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə – Yevlax şəhərində görüşdülər.

Yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycan hər zaman olduğu kimi, yenə öz sözünə sadiq olduğunu təsdiq etdi.

Oxunub: 10303
Paylaş:
Digər xəbərlər

Siyasət

19-09-2023, 14:36

Ordumuzun başladığı anti-terror əməliyyatının məqsədi

Gündəm / Siyasət

20-09-2023, 09:26

İlham Əliyev Blinkenə antiterror tədbirlərinin məqsədlərini açıqlayıb

Hadisə

19-09-2023, 13:32

Ordumuz lokal xarakterli antiterror tədbirlərinə BAŞLADI

Siyasət

20-09-2023, 09:19

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Siyasət

21-09-2023, 16:00

Brüsseldən Yevlaxa: Separatçılığın Kürün sahilində DƏFNİ - ÖZLƏRİ QAŞINDILAR...

Araşdırma
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Hadisə
Bugün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Bugün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bugün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bugün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Bugün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Bugün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Bugün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Bugün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Bugün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Bugün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Bugün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Bugün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Bugün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Bugün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Bugün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Bugün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Bugün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Bugün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Bugün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Bugün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Bugün, 09:08
    Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • Bugün, 09:00
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Dün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Dün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
  • Dün, 09:59
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Dün, 09:54
    Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə