• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR

Cəmiyyət

8-06-2026, 12:40

Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR



Siqaret, alkoqol, soyuq silah satışına qoyulan məhdudiyyətlə eynidir

“Uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən tarixi bir qanun layihəsinin həm parlamentarilər, dövlət və hökumət təmsilçiləri, həm də media idarəçiləri və müvafiq təhsil, səhiyyə orqanları ilə birlikdə müzakirəsi təqdirəlayiq hadisədir. Bütün formasiyalarda dəyişilməyən bir deyim var-uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Ailə kiçik dövlət, dövlət böyük ailədir.

Həqiqətən istər sülh dövründə, istərsə də Vətən müharibəsində Qələbəmizi təmin edən azərbaycanlı ailələrdir”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Komitə sədri bildirib ki, Milli Məclis son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul edib. Yeni qanun layihəsi həmin siyasətin davamı, eyni zamanda keyfiyyətcə yeni mərhələsidir: “Dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il hesabatına görə, dünyada 13-17 yaş aralığında olan yeniyetmələrin 95 faizi aktiv sosial media istifadəçisidir. Yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir.

Elmi araşdırmalar göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir. Harvard Universitetinin elm nəşrləri 11.876 uşağı əhatə edən tədqiqatda sosial media istifadəsinin artmasının depressiya simptomları ilə əlaqəli olduğunu təsdiqləyir.
Cinayətkarlıq və onlayn istismarla bağlı İnterpolun 2023-cü il hesabatı göstərir ki, uşaqlara qarşı onlayn cinsi istismar hallarının 78 faizi sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir.

Dünya Səhiyyə Təşkilatı 2019-cu ildən oyun asılılığını (gaming disorder) və virtual tələləri rəsmi xəstəlik kimi siyahıya alıb.

Netflix-dən sızdırılan məlumata görə, platformanın əsas rəqibi yuxudur– şirkət fəaliyyətini bilavasitə uşaqların yuxu saatlarını azaltmağa yönəldib.

İndi isə Azərbaycan uşaqları ilə bağlı bir neçə mühüm göstəricini sizinlə bölüşmək istərdik. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir.

Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir.
Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb. Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir.

Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir.
Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib”.
O əlavə edib ki, sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var: “Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri –ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir.

İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib.

İndi isə 3 qanunda təklif edilən Əsas Müddəaları diqqətinizə çatdırmaq istərdik.
Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir.

Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir-siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.

Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını– məcburi surətdə tətbiq etməli olacaqlar.

16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin valideynin razılığı ilə açıla bilər.

Manipulyativ Texnikaların Qadağası: Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.

Fərdi Məlumatların Müdafiəsi: layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.

Şəffaf Hesabatlılıq: provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər.
Sanksiya Mexanizmi: qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər.

Göründüyü kimi, nəticədə dövlətimiz hüquqi nəzarəti rəqəmsal sahədə genişləndirməsi Azərbaycanın beynəlxalq uşaq hüquqları öhdəlikləri ilə tam uyğunluq təşkil edir.
İkincisi, platforma məsuliyyəti – ölkəmizdə hüquqi boşluq mövcud idi – ilk dəfə, qanunda öz yerini alır, hüquqi müzakirə üçün möhkəm zəmin yaradır.

Üçüncüsü, valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma, ailə institutu baxımından son dərəcə qiymətlidir.
Uşaqların sosial mediadan istifadəsinə münasibət ölkəmizdə necədir? 2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.

Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır.
Çıxışımızda təhlükələrdən danışdıq. Lakin yaxşı bilirik ki, texnoloğiya ilə düşmənçilik mümkün deyil. Əksinə, məqsəd istifadəni tənzimləməkdir.
Ölkəmizin gələcəyi rəqəmsal inkişafla birbaşa bağlıdır. Prezident İlham Əliyev tərəfindən Rəqəmsal İnkişaf Şurasının yaradılması və strateji proqramların qəbulu deyilənlərə sübutdur. Dövlət xidmətləri elektronlaşdırılır, rəqəmsal iqtisadiyyatın və süni intellekt tenologiyları ölkəmizdə inkişaf edir.

Həqiqətən rəqəmsal texnologiyalar uşaqlar üçün misilsiz imkanlar açır: dünya kitabxanalarına giriş əldə olunur, onlayn təhsil platformaları, yaradıcılıq alətləri, beynəlxalq ünsiyyət imkanları artır, düzgün tətbiq olunduğunda sosial inkişafı, tənqidi düşüncəni, kreativliyi gücləndirir. Biz 16 yaşından kiçik uşaqları rəqəmsallıqdan məhrum etmək deyil, onları sosial media alqoritmlərinin manipulyativ gücündən qorumaq istəyirik.
Sosial şəbəkə platformaları – İnstagram, TikTok, Facebook, Snapchat və onlarca digəri – uşaqların istismarı ilə gündəlik milyardlarla dollar qazanır.
Qanun layihəsi həmin boşluğu doldurmağa başlayır, Azərbaycan dövlətinin öz vətəndaşlarına, öz uşaqlarına qarşı məsuliyyətini yerinə yetirməsinin əyani sübutudur”.

Oxunub: 1040
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

13-05-2024, 09:18

Heydər Əliyev: Xalqa həsr edilmiş ömür

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Gündəm

15-05-2024, 09:55

Azərbaycan Xalq Cümhuriyyəti

---

24-12-2023, 11:20

Adəm Mansurov: Azərbaycan dövlətçiliyi yeni inkişaf mərhələsidir”

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Dün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Dün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Dün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Dün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə