• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın da öz AES-i olacaq – RİSK və FÜRSƏTLƏR

Cəmiyyət

21-04-2026, 09:25



Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin nüvə enerjisindən istifadə etmək niyyətində olduğunu açıqlayib. Bu barədə o, Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, bu, milli enerji balansının əsas komponentinə çevriləcək.

“Biz yeni modelə keçirik və enerji təhlükəsizliyini təkcə karbohidrogenlər vasitəsilə deyil, həm də bərpa olunan mənbələr də daxil olmaqla, elektrik enerjisi vasitəsilə təmin edəcəyik. Bundan əlavə, nüvə enerjisinin təmiz enerji mənbəyi olduğunu və elektrik enerjisinə tələbatın artmaqda davam etdiyini nəzərə alaraq, enerji balansımıza daxil edilməsi qərarı verilib”, - deyə Şahbazov qeyd edib.

Nazir hesab edir ki, yaxın gələcəkdə elektrik enerjisinə tələbatın təxminən üç dəfə artacağı gözlənilir. “Ağıllı enerji keçidi təbii qaz, bərpa olunan enerji və nüvə enerjisinin kombinasiyasını tələb edir. Fikrimizcə, bu, gələcək qlobal enerji təchizatının əsasını təşkil edəcək”, - o əlavə edib.

Qeyd edək ki, hələ sovet dönəmində Azərbaycanda (Nəvaidə) AES tikintisi nəzərdə tutulub. Lakin az sonra layihə təxirə salınıb.

Bəs AES-i hansı ölkə inşa edəcək? Əgər Rusiya olacaqsa, o zaman obyektin istismarı da ona məxsus olacaq. Bu, Moskvanın Bakıya qarşı daha bir təzyiq rıçaqına çevrilməzmi? Hər halda Ermənistan təcrübəsi bunu deyir. İnşa üçün ABŞ-yə müraciət edilə bilərmi?

Kimya elmləri doktoru, Radiasiya Problemləri İnstitutunun yaradıcısı, uzun illər Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri olmuş akademik Adil Qəribov Musavat.com-a müsahibəsində Azərbaycanın nüvə energetikası sahəsində keçmiş təcrübəsi və gələcək imkanları barədə geniş açıqlama verib. Akademik bildirib ki, Azərbaycan SSRİ tərkibində olduğu dövrdə ümumittifaq nüvə proqramında iştirak edirdi və bu, respublikada nüvə energetikasına çıxışı xeyli asanlaşdırırdı: “O dövrdə nüvə energetikasına sahib olmaq çətin deyildi. Azərbaycan ümumi sovet sisteminin bir hissəsi idi və bütün tələbat mərkəzləşdirilmiş qaydada həll olunurdu”.

Onun sözlərinə görə, həmin illərdə Ermənistanda Metsamor Atom Elektrik Stansiyası tikilib və sonradan modernizasiya edilərək ikinci nəsil reaktor səviyyəsinə çatdırılıb. Adil Qəribov bildirib ki, Azərbaycanda da 4 reaktorlu AES layihəsi hazırlanıb: “Hər reaktorun gücü 1000 MVt nəzərdə tutulurdu. VVER tipli texnologiya seçilmişdi. Energetiklər üçün şəhərcik və infrastruktur artıq formalaşmağa başlamışdı. Lakin layihə həyata keçirilmədi. Çernobıl faciəsi və siyasi proseslər bu layihənin tamamlanmasına imkan vermədi”.

Akademik daha sonra qeyd edib ki, Azərbaycan 2014-cü ildən etibarən nüvə tədqiqatlarına yenidən sistemli şəkildə qayıdıb: “Həmin il Milli Nüvə Tədqiqatları Mərkəzi yaradıldı və ora sədr təyin olundum. 2021-ci ilin dekabrına qədər müxtəlif ölkələrlə - Argentina, Fransa, Cənubi Koreya, Rusiya və s. ilə əməkdaşlıq etdik, kadr hazırlığı və elmi potensialımızı gücləndirdik. Əsas məqsəd gələcəkdə Azərbaycanda nüvə energetikası sisteminin formalaşdırılması idi. Lakin 2021-ci ildə yaşımla əlaqədar vəzifəmdən uzaqlaşdırıldım, ardından Milli Nüvə Tədqiqatları Mərkəzi ləğv olundu”.

Adil Qəribovun fikrincə, nüvə energetikası yüksək riskli sahə olsa da, alternativ enerji mənbələri ilə müqayisədə həddindən artıq sərfəlidir. O, bərpa olunan enerji mənbələrinə diqqətin artdığını müsbət qiymətləndirsə də, onların iqtisadi səmərəliliyi barədə tənqidi mövqe sərgiləyib: “Günəş və külək stansiyalarının istismar müddəti təxminən 20-25 ildir. Batareyaların real xidmət müddəti daha qısadır. Kapitalın geri dönüşü bəzi hallarda tam təmin olunmur. Nüvə enerjisində isə əksinə, kapital tam olaraq qayıdır, üstəlik istismar müddəti də uzundur”.

Adil Qəribov deyib ki, bu sahələr karbon emissiyasının azaldılması baxımından vacib olsa da, əsas baza enerji mənbəyi ola bilməz. Akademik nüvə energetikasını aşağıdakı səbəblərə görə strateji sahə kimi qiymətləndirib: “Yüksək enerji səmərəliliyi, stabil baza enerji mənbəyi olması, karbon emissiyasının aşağı səviyyədə qalması, elm və texnologiyanın inkişafına təkan verməsi baxımından nüvə enerjisinin alternativi yoxdur”.

Azərbaycan üçün hansı model uyğundur?

Adil Qəribovun fikrincə, Azərbaycan kimi ölkələr üçün nüvə stansiyası tikilərkən bir neçə amil əsas götürülməlidir: “Təhlükəsizlik və uzunmüddətli istismar təcrübəsi, texnologiyanı təqdim edən ölkə ilə strateji əməkdaşlıq, yanacaq təminatının sabitliyi nəzərə alınmalıdır”.

O, Azərbaycan üçün Rusiyanın VVER tipli 600 MVt-lıq reaktor modelini daha uyğun variant kimi qeyd edib: “Bu tip reaktorlar həm təhlükəsizlik, həm istismar, həm də yanacaq təminatı baxımından daha sınaqdan keçmiş sistemlərdir”.

Alim hesab edir ki, Azərbaycanın enerji gələcəyi yalnız bərpa olunan mənbələrə deyil, həm də nüvə energetikasına əsaslanan balanslı model üzərində qurulmalıdır. Onun qənaətinə görə, bu sahə həm iqtisadi, həm elmi, həm də strateji baxımdan ölkə üçün yeni inkişaf mərhələsi aça bilər...
Politoloq Qabil Hüseynli isə Musavat.com-a deyib ki, Azərbaycanın nüvə enerjisinə keçidlə bağlı verdiyi siqnal təsadüfi bəyanat deyil: “Bu, regionda yeni geosiyasi və enerji mərhələsinin başlanğıcı ola bilər. Amma məsələnin görünən tərəfi ilə yanaşı, görünməyən, daha həssas və riskli qatları da var. Energetika naziri Pərviz Şahbazov açıqlaması da göstərir ki, Azərbaycan artıq yalnız neft-qaz ölkəsi kimi qalmaq istəmir. Bu, illərdir danışılan enerji şaxələndirməsinin real fazaya keçməsi deməkdir. Elektrik enerjisinə tələbatın 2-3 dəfə artacağı proqnozu isə təsadüfi deyil, bunu sənayeləşmə, “yaşıl enerji zonaları”, rəqəmsallaşma və ixrac ambisiyaları diktə edir”.

Politoloq qeyd edib ki, burada əsas texniki deyil, daha çox siyasi sualdır: “Azərbaycan üçün AES-i kim tikəcək və kim idarə edəcək? Postsovet məkanında nüvə enerjisi layihələri demək olar ki, həmişə Kremlin təsir alətinə çevrilib. Bunun ən bariz nümunəsi Metsamor AES-dir. Ermənistan formal olaraq suveren olsa da, bu stansiyanın texniki xidməti, yanacaq təminatı və təhlükəsizlik sistemi faktiki olaraq Rusiyadan asılıdır. Bu model sadədir - texnologiya verilir, yanacaqla təminat gerçəkləşdirilir. Faktiki olaraq, AES qurulan ölkənin təhlükəsizliyi idarə olunur. Nəticədə ölkə AES-i quran, təminat aparan ölkədən enerji baxımından bağlı qalır. Azərbaycan bu modeli qəbul edərsə, bu, yalnız enerji layihəsi olmayacaq, uzunmüddətli geosiyasi öhdəlik olacaq”.

Politoloqa görə, nəzəri olaraq, Azərbaycan ABŞ və ya digər Qərb texnologiyalarına müraciət edə bilər. Xüsusilə kiçik modul reaktorlar (SMR) sahəsində Qərb ölkələri daha çevik və təhlükəsiz həllər təklif edir: “Amma burada iki ciddi məsələ var. Qərb heç vaxt belə strateji layihəyə “sadəcə biznes” kimi baxmır. Nüvə enerjisi sahəsi maksimum açıq idarəetmə tələb edir. Bu isə o deməkdir ki, belə əməkdaşlıq Azərbaycanın daxili idarəetmə modelinə də təsir edə bilər. Əslində, ən optimal model tək tərəfli asılılıqdan qaçmaqdır. Mümkün olsa, texnologiya bir ölkədən, təminat başqa mənbədən aparılarsa, idarəetmə milli nəzarətə götürülərsə, Azərbaycan üçün AES tikintisi məqbuldur.

Məsələn, Türkiyənin Akkuyu AES layihəsi Rusiyaya həddindən artıq bağlı model kimi tənqid olunur. Azərbaycan bu səhvi təkrarlamamalıdır. Burada ən kritik məqam odur ki, AES, sadəcə, elektrik stansiyası deyil, təhlükəsizlik obyektidir və eyni zamanda texnoloji asılılıq, siyasi təsir mexanizmidir. Əgər qərar düzgün balanslaşdırılmazsa, Azərbaycan enerji müstəqilliyini artırmaq istəyərkən, əksinə, yeni asılılıq yarada bilər. Azərbaycanın nüvə enerjisinə keçidi qaçılmazdır. Bu, iqtisadi və texnoloji reallıqdır. Amma məsələ “AES tikək ya yox” deyil. Məsələ kimlə və hansı şərtlərlə tikilməsidir. Əgər qərar yalnız iqtisadi əsaslarla verilərsə, səhv olacaq. Yalnız siyasi loyallıq üzərindən qurularsa, təhlükəli olacaq”.

Oxunub: 1037
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

---

6-03-2025, 14:54

Pərviz Rüstəmbəyov – Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)

Araşdırma
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
Hadisə
Bugün, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:41
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Bugün, 10:39
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Dün, 11:44
Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
Dün, 10:52
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto
Dün, 09:26
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
Son xəbərlər
  • Bugün, 16:00
    Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
  • Bugün, 15:30
    Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
  • Bugün, 14:22
    Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
  • Bugün, 14:00
    Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
  • Bugün, 13:32
    İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
  • Bugün, 13:13
    Azərbaycan millisinin heyəti açıqlandı
  • Bugün, 12:25
    Afra Saraçoğlu da saxlanıldı
  • Bugün, 12:12
    Tahir Gözel bu bankın rəhbəri oldu
  • Bugün, 11:44
    Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
  • Bugün, 11:41
    “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
  • Bugün, 11:36
    Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
  • Bugün, 10:39
    DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
  • Bugün, 10:30
    “Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
  • Bugün, 10:26
    Rusiyada üçgünlük seçkilər başladı
  • Bugün, 10:21
    Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
  • Bugün, 10:18
    Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
  • Bugün, 09:43
    Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
  • Bugün, 09:36
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • Bugün, 09:30
    Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
  • Bugün, 09:13
    İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
  • Bugün, 09:00
    Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
  • Dün, 18:39
    Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
  • Dün, 16:00
    DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
  • Dün, 15:30
    Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
  • Dün, 15:24
    Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
  • Dün, 14:47
    Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
  • Dün, 14:22
    Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
  • Dün, 13:55
    Prezident gənclərin tərbiyəsindən danışdı
  • Dün, 13:51
    DİN-ə yeni vəzifə həvalə olundu
  • Dün, 13:48
    Prezident və birinci xanım Şamaxıda
  • Dün, 12:14
    İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
  • Dün, 12:10
    Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR
  • Dün, 12:01
    Azərbaycan bu ölkə ilə hava əlaqəsi yaradır
  • Dün, 11:57
    İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur
  • Dün, 11:51
    Azərbaycan lideri: Bu tarixi bir qapının - Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə