• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Boşanmaların səbəbi nədir və ya kimdir günahkar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-09-2025, 16:00

Boşanmaların səbəbi nədir və ya kimdir günahkar


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 10350 boşanma qeydə alınıb. Statistikaya görə, 2025-ci ilin ilk yarısında ölkədə nikahların sayı artıb, boşanmalar isə azalıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2,1-dən 2,0-a düşüb. Ümumiyyətlə, boşanmaların kökündə nə dayanır? Hansı faktorlar bu azalmaya təsir edir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova "Kaspi” qəzetinə açıqlamasında bildirir ki, bu gün cəmiyyətlərin bir-birinə inteqrasiyası fonunda ideal ailə modeli ilə bağlı təsəvvürlər yenilənib: "Artıq ailəyə yanaşmanın daha müstəqil aspektdə varlığını müşahidə edirik. Təbiidir ki, ailə ən azı iki insanın birliyi olduğundan, burada fərqli baxışların mövcudluğu labüddür. Çünki həyatın və birgəyaşayışın bütün sferalarının məcmusunda tam eyni yanaşma və baxışlar praktiki mümkün deyil. Bu baxış və yanaşmalardakı fərqlər problemlərin yaranmasına səbəb olur. Başqa sözlə desək, belə intensiv qarşılıqlı münasibətlər zəminində mübahisələr, münaqişələr qaçılmazdır”.

Komitə rəsmisi bildirir ki, ailədə ünsiyyət problemləri qaçılmaz olsa da, bunları sağlam və konstruktiv şəkildə həll etmək mümkündür: "Aktiv dinləmə, empatiya, hisslərin açıq ifadəsi və mütəmadi müzakirələr ailədə möhkəm bağların və emosional yaxınlığın əsasını təşkil edir. Bu gün ailə institutuna təsir edən problemlərin əsasında insanların ailə institutuna münasibətindəki dəyişən yanaşması, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Cəmiyyət həyatında baş verən yeniliklər bütün dövrlərdə olduğu kimi müasir dövrdə də ailənin məqsədlərinə, yaşam tərzinə, ümumilikdə birgəyaşayış prinsiplərinə təsirini göstərir. Müasir ailə modelində stressə dayanıqlılıq, tərəflər arası emosional sabitlik və problemin həll etmə bacarığının getdikcə azalması, sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması kimi bir çox səbəblər ailədaxili problemlərə və ailə institutunun zəifləməsinə gətirib çıxardan əsas amillərdəndir”.

O deyir ki, bu gün informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin insan həyatına daxil olması gənclər arasında intellektual səviyyənin artmasına, onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərsə də, bəzən sadalanan amillər ailədə ənənəvi bağlılığın zəifləməsinə səbəb olur: "Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Ailədaxili münasibətlərdə boşluqların aradan qaldırılması, bir çox neqativ halların profilaktikası, ailə üzvlərinin sağlamlığının qorunması üçün ailələrin maarifləndirilməsi, mədəni-estetik inkişafı və onlar arasında müsbət stereotiplərin təbliği önəmlidir. Bu gün mediada işıqlandırılan ailə modeli geniş auditoriyanın təsəvvüründə ailə ilə bağlı müsbət və mənfi obrazlar yaradaraq, cəmiyyətdə müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır”.

Boşanmaların azalmasına gəldikdə isə, L.Mahmudova bildirir ki, statistik göstəricilər daim yenilənir və zamanla dəyişir. Hazırda nikah və ya boşanma hallarının artması və ya azalması barədə fikir söyləmək tezdir: "Lakin ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir və maarifləndirici işlərin gücləndirilməsinə xüsusi önəm verilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə institutunun qorunması və möhkəmləndirilməsi istiqamətində çoxşaxəli və genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu fəaliyyətlərə valideyn-övlad münasibətlərinin sağlam şəkildə inkişafı, ailədaxili sosial-mənəvi məsuliyyətin artırılması, ailədə sağlam psixoloji mühitin təmin olunması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi daxildir. Eyni zamanda, müasir dövrün neqativ tendensiyalarının qarşısının alınması məqsədilə maarifləndirici layihələr reallaşdırılır, sorğular, araşdırmalar və təhlillər aparılır. Əldə olunan nəticələr əsasında isə məqsədyönlü addımlar atılır. İctimai maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sırasında hazırlanan sosial çarxlar və nəşr olunan maarifləndirici vəsaitlər xüsusi əhəmiyyət kəsb edir”.

Sosioloq Nailə İsmayılova düşünür ki, boşanmaların sayının azalması qanunvericilikdə edilən dəyişikliklərlə bağlıdır: "Ailə Məcəlləsinə edilən dəyişikliklər artıq cəmiyyətə təsir etməyə başlayıb. Eyni zamanda nikah yaşının qanunla aşağı salınmasına verilən imkanın aradan qaldırılması da bu prosesə təsir edib. Erkən nikahlarla daha ciddi mübarizə, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə olunan müddəalar, eləcə də yaxın qohumlar arasında nikahın qadağan olunması bu göstəricilərə təsir edən əsas səbəblərdir”.

Sosioloqun sözlərinə görə, hüquqi dəyişikliklər yalnız erkən və riskli nikahların qarşısını almaqla kifayətlənmir, eyni zamanda artıq ailə quran insanların da evliliyə məsuliyyətli yanaşmalarına səbəb olur: "Bu dəyişikliklər və ümumi ictimai maariflənmə tendensiyası ailə qurmaq istəyənlərin daha dərindən düşünərək münasibətə daxil olmalarına şərait yaradır. Bundan əlavə, son dövrlərdə boşanma ərəfəsində olan cütlüklərin psixoloqa müraciəti artıb və bu müraciətlər nəticəsində onların təxminən iyirmi faizi boşanmaq fikrindən daşınıb. Bu, çox ciddi və ümidverici göstəricidir”.

Mütəxəssis vurğulayır ki, boşanmaların azalmasında sosial şəbəkələrə nəzarət və maarifləndirmə tədbirləri mühüm rol oynayır: "Boşanma səbəbləri arasında sosial şəbəkələrin təsiri hər zaman vurğulansa da, son dövrlərdə aparılan müşahidələr göstərir ki, bu platformalara nəzarətin artması boşanmalara müəyyən qədər təsir edib. Bu tədbirlər yalnız boşanmaların deyil, qohum evliliklərinin, erkən nikahların və ailədaxili məişət zorakılığının qarşısının alınmasında da müsbət rol oynayıb”.

Oxunub: 1037
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-03-2024, 14:40

Boşanmalar artdı, nikahlar azaldı - RƏSMİ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

29-05-2025, 16:00

Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-11-2023, 14:04

Bu günə qədər azad edilmiş ərazilərə köçürülən əhalinin sayı AÇIQLANDI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-02-2024, 11:01

Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

29-12-2023, 11:12

12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Bugün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Bugün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Bugün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Bugün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Bugün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Bugün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Bugün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Bugün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Bugün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Bugün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Bugün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Bugün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Bugün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə