• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ölkədə artan qurbağa əti satışı - həkim və ilahiyyatçıdan xəbərdarlıq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət / Araşdırma

27-05-2025, 09:54

Ölkədə artan qurbağa əti satışı - həkim və ilahiyyatçıdan xəbərdarlıq


Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb. Bu suda-quruda yaşayan canlının ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.

Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət məhz toyuq ətinə bənzər təamdır: “Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır”.

Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar. Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır: “Saxlanılma temperaturuna diqqət yetirilməlidir. Bununla yanaşı, məhsulun donu açılıb sonra yenə dondurularsa, onun tərkibindəki mikroorqanizmlər çoxalır, bu da zəhərlənməyə səbəb ola bilər”.

Həkim-terapevt Zakir Quliyev isə daha ciddi məqama diqqət çəkir: “Qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər”.

Qeyd etmək yerinə düşər ki, qeyri-adi və ekzotik yeməklərə maraq göstərən insanlar üçün qurbağa əti xüsusi maraq doğurur. Dünyanın bir çox ölkəsində, xüsusilə Fransa, Çin və Vyetnam kimi mətbəxləri ilə məşhur olan yerlərdə bu növ ət normal kulinariya təcrübəsinin bir hissəsidir. Yeri gəlmişkən, Bakıda restoranların menyularında qurbağa ətinin təklif edilməsinə az rast gəlmək olar. Yalnız "BIC Asian Fusion" restoranı qurbağa əti təqdim edən azsaylı məkanlardandır. Bununla belə, qurbağa əti ölkəmizdə geniş yayılmış bir qida növü olmasa da, bəzi restoranlar onu əsasən idxal yolu ilə, xüsusilə Fransadan gətirilən məhsul kimi təqdim edir. 2018-ci ildə yayımlanan məlumatlara əsasən, bəzi paytaxt restoranlarında müştərilərə qurbağa əti təklif olunurdu, lakin bu məhsulların yoxlanışına dair Qida Təhlükəsizliyi Agentliyi rəsmi nəzarətin aparılmadığını bildirmişdi. Azərbaycanda qurbağa əti ilə bağlı diqqət çəkən digər bir məqam isə Salyan rayonunun Şorsulu kəndində yerləşən və 2016-cı ildə fəaliyyətə başlayan “Azərifrog” MMC adlı təsərrüfatdır. Bu müəssisə əsasən Fransa kimi ölkələrə ixrac məqsədilə qurbağa yetişdirir. Beləliklə, Azərbaycanın özündə bu ətin istehsalı mövcuddur, lakin yerli bazarda hələlik geniş yayılmayıb.

Xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, qurbağa ən təmiz canlılardan sayılır: “İki təmiz canlı var: biri zəlidir, biri də qurbağadır. Qurbağa beş dəfə özünü suya salıb çıxarır və təmizlənir. Yəni bu qədər təmizdir. Qurbağa ətini istəyənlər rahatlıqla yeyə bilər, çünki qadağası yoxdur. Tibbi baxımdan da heç bir əks-göstəriş yoxdur. O ki qaldı toyuq əti ilə müqayisəyə - qurbağa ətini bir dəfə dadan adam həmişə onu yemək istəyir. Çox zaman toyuq ətindən üstün tutulur. Xüsusi təyinatlılarda hazırlıq keçən şəxslərə qurbağa əti verilir. Amma yeyilməsi üçün xüsusi yetişdirilən qurbağalar istifadə olunmalıdır. Eyni zamanda digər ət məhsulları necə saxlanılırsa, qurbağa da o qaydada soyuducuda xüsusi şəraitdə saxlanmalıdır. Ən əsası isə budur ki, qurbağa hər cür qidanı qəbul etmir - dünyada qidalanması ən çətin olan canlılardan biridir. Qurbağa min bir dərdin dərmanıdır - bronxial astma, zob xəstəlikləri, süd vəzisinin mastopatiyası, yuxusuzluq kimi problemlərin müalicəsində qurbağadan istifadə olunur”.

İlahiyyatçı Fərid Abdulla da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Xeyli müddətdir sosial şəbəkələrdə müxtəlif ekzotik heyvanlardan, həşəratlardan, bitkilərdən, meyvələrdən qida kimi istifadə edilməsi çox geniş yayılıb. Bu videoları izləyən bir qisim insan buna maraq duyur. Görəsən, dadı necədir, qoy mən də dadına baxım və bu qəbil nələrsə. Bu marağın artdığını görən tacirlər bunu biznesə çevirməyə çalışırlar. Əslində bu məsələ kökdən batil bir şey deyil. Məsələdə iki faktor var. Bir var, həyatını müsəlman kimliklə, inancla və qaydaları ilə yaşayanlar. Bir də var, bu cür şeylərə önəm verməyənlər. Birincilər üçün nə yeyib içdikləri, bunun şəriətə müvafiq olub-olmamaları çox önəmlidir. İkincilər üçün önəmli deyil. İndi isə mövzu qurbağa ətidir. Onun dövriyyəyə buraxılmasıdır. Mən elə də inanmıram ki, buna böyük maraq olsun. Üstəlik, kimsə qurbağa ətindən mütəmadi qoyun, mal, balıq əti kimi istifadə edən deyil. Mövzumuz heç bu da deyil. Məsələ budur ki, qurbağa ətini müsəlman yeyə bilər, yoxsa yox?”

İlahiyyatçı əlavə edib ki, bu, əqidəvi məsələ deyil: “Fiqhi məsələdir. Yəni İslam dinin hüquq və qaydalar bölməsində bundan danışılır. Bu məsələlər təfərrüat olduğu üçün hədis mənbələrində buna yer verilib. Qurbağa ətinin yeyilməsi haram hesab edilir. Özü murdar, nəcis hesab olunmasa da, hətta öldürülməsi belə, məkruh (bəyənilməyən) bir əməl olaraq qeyd edilsə də, qida kimi istifadə edilə bilməz. Quranda, Əbəsə surəsinin 24-cü ayəsində qeyd edilir ki, qoy insan nə yediyinə nəzər salsın. Buna görə də qida məsələsi İslam mədəniyyətində önəmli yer tutur. Hər rəngarənglik, fərqli dad, ekzotika arxasınca qaçmamışdan öncə insan nə yediyinə fikir verməlidir. Çünki yemək təkcə aclığı doyurmur, bunun digər təsirləri də vardır”.

Pediatr Vaqif Qarayevin də mövzu ilə bağlı sosial mediada yazdığı fikir diqqət çəkir: “Pandemiya vaxtı çinlilərin yedikləri paylaşılırdı. Uçan, qaçan, sürünən, üzən nə varsa hamısı çinlilərin qida rasionunda var. Bizə iyrənc görünürdü. Təbiidir, hər regionun, hər xalqın əsrlərlə formalaşmış qida mədəniyyəti var. Tutaq ki, hansısa avropalı qurbağa ətini delikates hesab edir. Bizim mətbəxdə də olmalıdır? Qurbağanı niyə təbliğ edirlər, anlaşılmır. Fərqli faydası yoxdur. Bu, elitarlıq və müasirlikdirsə, olmaz olsun”.

Oxunub: 1098
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-01-2025, 10:17

Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

11-12-2023, 12:31

Ət və ət məhsulları ilə bağlı YENİ TƏLƏB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-12-2024, 15:30

Yeni il ərəfəsində quş əti məhsulları niyə bahalaşır? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət / Araşdırma

7-06-2024, 09:27

Ömrü azaldan qidalar - Dadlı, amma zərərlidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-12-2023, 15:30

AQTA-dan çağırış: Bu məhsulları alarkən diqqətli olun! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Məhərrəm ayı bu tarixdə başlayacaq
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
Hadisə
Bugün, 16:00
Sabah 31 dərəcə isti olacaq
Bugün, 14:07
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
Bugün, 13:58
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Bugün, 11:40
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
Bugün, 09:35
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
Bugün, 09:22
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
Son xəbərlər
  • Bugün, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Bugün, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Bugün, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Bugün, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Bugün, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Bugün, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Bugün, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Bugün, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Bugün, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Bugün, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Bugün, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Bugün, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Bugün, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Bugün, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
  • Bugün, 10:29
    Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
  • Bugün, 09:43
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • Bugün, 09:35
    Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
  • Bugün, 09:27
    ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
  • Bugün, 09:22
    Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
  • Bugün, 09:00
    Məhərrəm ayı bu tarixdə başlayacaq
  • Dün, 16:00
    Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
  • Dün, 15:30
    Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
  • Dün, 14:22
    İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?
  • Dün, 13:30
    SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
  • Dün, 13:24
    Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
  • Dün, 13:13
    Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
  • Dün, 13:09
    Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
  • Dün, 12:45
    TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
  • Dün, 12:39
    DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
  • Dün, 12:29
    Prezident seçkilərində namizəd olmayacağını açıqladı
  • Dün, 11:58
    Prezidentin qızı və gəlini tamaşa nümayişində - Fotolar
  • Dün, 11:52
    Sahibə Qafarova Simonyanı Azərbaycana dəvət edib
  • Dün, 11:40
    İlham Əliyev həmkarını təbrik etdi
  • Dün, 11:06
    ABŞ-nin Azərbaycandakı yeni səfiri o ola bilər
  • Dün, 10:43
    Yay bu tarixdə başlayacaq
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə