• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Günün qoroskopu: Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-08-2023, 11:56

Günün qoroskopu: Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər

Qoç - planlarınızın miqyas və formasından asılı olaraq onların bəzilərini həyata keçirməyə tələsin. Aktiv olun, süst davranmayın. Tənbəllik edərək apatiyaya qapılsanız və daha əlverişli vaxtı gözləməyə başlasanız, uduzacaqsınız.

Ailədə mübahisələrə səbəbkar olmayın. İxtilaflar qeyri-konstruktiv olmaqla yanaşı, münasibətlərin korlanması ilə nəticələnə bilər.

Günün ikinci yarısında bir qədər müstəqil çalışın, tək qalmağa can atın. Baş verənləri tələsmədən, sakit şəraitdə təhlil edin. Gələcəklə bağlı planları konkretləşdirin. Məqsədə çatmağın vasitə və yollarını müəyyənləşdirin.

Buğa - kommersiya fəaliyyətində uğurlar ola bilər. Yeni tərəfdaşlarla anlaşmalar gözləntilərinizdən də artıq gəlir verəcək. Qeyri-adi, maraqlı layihə üzərində işə başlaya bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma, orijinal davranış sərgiləyin. Yeni bacarıqlarınız özünü göstərə bilər.

Günün ikinci yarısında uğurlarınız yaxınlarınızı və dəyər verdiyiniz insanları sevindirəcək. Diqqət mərkəzində olacaqsınız. Emosional fon əlverişlidir.

Axşam saatları xoş təəssüratlar və müsbət emosiyalar vəd edir.

Əkizlər - qarışıq, birmənalı olmayan hadisələrlə zəngin gündür. Nəzərdə tutduğunuz işləri görə biləcəksiniz. Amma tələsməyin. Planları reallaşdırmaq üçün indiyədək istifadə etmədiyiniz metodlardan yararlanmalı olacaqsınız.

Eksperimentlər və risklər sizi cəlb edir. Səhvlər olarsa, bədbinliyə qapılmayın. Ruhdan düşmək əvəzinə məqsədə çatmaq üçün yeni cəhdlər edin. Qətiyyətli davranışın bəhrə verəcəyinə şübhə etməyin.

Günün ikinci yarısı yeni tanışlıqlar, ünsiyyət çevrəsinin genişlənməsi istisna deyil. Yeni dostlar arayırsınızsa, romantik münasibətlərə başlamaq istəyirsinizsə, təşəbbüskar olun.

Xərçəng - yaxşı gün deyil. Hətta ən kiçik uğursuzluqlar və problemlər belə, sizi təbdən çıxara bilər. Müəyyən situasiyada olaylar planlaşdırılmış məcradan çıxarsa, bədbinliyə qapılmayın. Yaxın ətrafınızdakı insanlar sizi anlamırlar. Əhvalınızı yaxşılaşdırmaq üçün onlar cəhd göstərsələr də, çi fayda. Maliyyə itkiləri, uğursuz alış-veriş ola bilər.

Günün ikinci yarısında ailə üzvlərini qayğılandıran məsələlərlə maraqlanın. Yaxınlarınızın rifahı və rahatlığının qeydinə qalın. Özünüzə də vaxt ayırmağı unutmayın.

Axşam saatlarına yaxın kefiniz kökələcək.

Şir - günün ilk yarısında çətinliklər az deyil. Lakin nəzərdə tutduğunuz işləri hər şeyə rəğmən görün. Müşküllər sizi qorxutmasın. Peşəkar fəaliyyət sahəsində uğurlar əhəmiyyətli ola bilər. Səhiyyə, pedaqogika, kommersiya sahələrində çalışanlar istəklərinə çatacaqlar.

Günün ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Alış-verişdə bədxərclik etməyin. Dostlar və tanışlarla ünsiyyət üçün münasib zamandır. Maraqlı informasiyalar alacaqsınız. Axşam saatlarında kiçik travmalar istisna deyil.

Ehtiyatlı olun.

Qız - günün ilk yarısında formalaşan situasiyadan və yaranan imkanlardan maksimum istifadə etməyə çalışın. Məhz bu zaman ciddi uğurlara nail ola bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüskar, qətiyyətli olun. Rəğbət bəsləmədiyiniz, indiyədək uzaq durduğunuz insanlarla dil tapmağa çalışın.

Yaramaz insanın naqisliyini üzünə demək əvəzinə onun əməllərini zərərsizləşdirməyin alternativ yollarını tapın. Yaşananlara sakit münasibət bəsləyin. Emosiyaları işgüzar maraqlardan ayırmağı bacarın.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Ağır fiziki işlə məşğul olmayın. Axşam saatlarını sakit istirahətə həsr edin. İnsanların gur olduqları tədbirlərə yollanmaq məsləhət deyil.
 

Tərəzi - günün ilk yarısı xoş hadisə vəd edir. Saatlar keçdikcə ciddi problemin yaranma ehtimalı azalır. Peşəkar fəaliyyət sahəsində müşküllər yarana bilər. Səlahiyyətlərinizin öhdəsindən gəlməyə çalışın.

Günün ikinci yarısında xoşagəlməz emosiyaların əsirinə çevrilməyin. Baş verən hadisələrin mahiyyətinin anlamağa can atın. Səyləriniz nəticəsiz qalmayacaq.

Ünsiyyət üçün münasib zamandır. İşgüzar əlaqələr və şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırmaq olar. Bir zamanlar vidalaşdığınız, bütün əlaqələri kəsdiyiniz insanla yenidən təmas qurmayın. Belə münasibətlərə əsla ikinci şans vermək olmaz.

Əqrəb - çox uğurlu, əlverişli gündür. Nəzərdə tutduğunuz işlərin əksəriyyətini görə biləcəksiniz. Məqsədlərə çatmaq üçün aktiv olun. Xoş sürprizlər istisna deyil. Ambisioz olun, işgüzar məziyyətlərinizi nümayiş etdirin.

İşdə rəhbərlik maaş artımı və ya vəzifənizin yüksəldilməsinə layiq olduğunuzu anlamalıdır. Kommersiya və ya bizneslə məşğul olursunuzsa, yeni investorlar tapa bilərsiniz.

Günün ikinci yarısında əhvalınız pis olmayacaq. Səhhətinizdə problemlərin yarana biləcəyindən narahat olmayın. İdmanla məşğul olmaq, pəhriz saxlamaq üçün pis zaman deyil.

Fiziki və mənəvi durumunuz yaxşıdır.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan - asan qələbələrin olacağını düşünməyin. Ciddi və əhəmiyyətli nəticəyə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli, səy göstərməli olacaqsınız. Tər tökün, yorğun düşməyin. Qərarları tələsik verməyin. Xüsusilə ilə də maliyyə məsələləri ilə bağlı addımları düşünmədən atmayın.

Yaxınlarınız və dostlarınızın məsləhətlərinə bel bağlamayın. Həmkarların göstərişləri, habelə özlərini təcrübəli mütəxəssis adlandıranların sözlərini qulaqardına vurun.

Günün ikinci yarısı qohumlarla görüşlər, dostlarla müzakirələr, ailəvi tədbirlər üçün əlverişli zamandır. Axşam saatlarında vaxtınızı mənalı, əyləncəli keçirməyə çalışın. Son vaxtlar dil tapa bilmədiyiniz insanla münasibətləri normallaşdıra bilərsiniz.

Həlim və qayğıkeş olun.

Oğlaq - kiçik problem və ya əvvəllər fikir vermədiyiniz olay indi əhvalınızı korlaya bilər. Ciddi problemlər, maneə və sədlərin formalaşma ehtimalı azdır. Daha effektiv çalışmaq, irəliləyişə nail olmaq üçün gərəkli alət və avadanlıq almaq zamanıdır. Peşəkar fəaliyyətinizi intensivləşdirə bilərsiniz.

Yaşam və ya iş arealında dəyişikliklər edin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə səmimi, qayğıkeş olun. Maraqlarınızı qoruyun. Gərəksiz güzəştlərə getməyin. Prinsipial və qətiyyətli, iradəli olsanız, yaxın ətrafınızdakı insanların sizə sayğısı daha da artacaq.

Dolça - həddən ziyadə ehtiyatlı olun. Ən kiçik yanlışlığın belə, çox ciddi və xoşagəlməz fəsadları ola bilər. İşdə və ailədə mübahisələrə qatılmayın. Diskussiya yaranarsa, həmsöhbətlərə sayğı ilə yanaşın. Yalnız belə davransanız, münasibətlərin uzun müddətə korlanmasının qarşısını ala bilərsiniz.

Günün ikinci yarısında önəmli maliyyə məsələlərinin çözülməsini təxirə salın. Büdcənizdə əhəmiyyətli rol oynamayan məbləğləri xərcləyə bilərsiniz.

Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər. Güzəştə getməyi bacarın.

Balıqlar - əlverişli, rahat gündür. Müsbət təmayüllərin təsiri güclənəcək. Proseslər yaşamın bütün sahələrinə təsir edir. Əvvəllər başladığınız işləri yarımçıq qoymayın, onları bitirin. Yeni layihələrə cəsarətlə başlaya bilərsiniz. Hər şey istədiyiniz kimi olacaq.

Günün ikinci yarısı maliyyə məsələlərinin həlli, alış-veriş üçün əlverişlidir.

Uzunmüddətli əməkdaşlığın şərtlərini müzakirə edin. Maraqlı və cazibədar işgüzar təkliflər ala bilərsiniz. Axşam saatlarını yaxşı bələd olmadığınız insanlarla keçirməyin.

Milli.Az

Oxunub: 10167
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-07-2023, 12:14

Günün qoroskopu: planlaşdırılmamış xərclər günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

28-07-2023, 12:57

Günün qoroskopu: düşünülməmiş və tələsik addımlar atmayın. [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

12-06-2023, 10:11

Günün valyuta məzənnələri açıqlandı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

8-06-2023, 12:05

İrana müalicəyə gedənlər casusluğa cəlb edilə bilər - Ehtiyatlı olun! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-05-2023, 14:22

Sinan Oğan Türkiyəni silkələyə bilər - Seçkilərin ikinci turunda... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Bugün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dün, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Dün, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Dün, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Bugün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Bugün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Bugün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Bugün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Bugün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Bugün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Bugün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • Dün, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dün, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dün, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dün, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dün, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dün, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dün, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dün, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dün, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dün, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dün, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dün, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dün, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dün, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dün, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dün, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dün, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dün, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dün, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dün, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dün, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dün, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dün, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • Dün, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə