• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əhməd Əhmədzadə: Növbəti günlərdə Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

31-10-2024, 11:31

Əhməd Əhmədzadə: Növbəti günlərdə Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq


Redaksiyamızın rəhbərliyi və kollektivi adından cənab Əhməd Əhmədzadəni Baş nazirin köməkçisi vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Baş nazirin köməkçisi Əhməd Əhmədzadə - Cənab Prezident İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha bildirdi ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.Təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Bununla yanaşı, ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Dövlətimizin başçısı çıxışında mühüm əhəmiyyətli mesajlar verdi və bu da tədbir iştirakçıları tərəfindən dəstəkləndi. Prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Prezident İlham Əliyev bu mühüm çağırışı səsləndirir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir: «Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir.»
Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir.
Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir.
Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarını söyləyərkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi diqqət göstərir. Bildirir ki, ölkəmizin ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.”
Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. «Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq» söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Göründüyü kimi, Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir. Hazırkı dövrün reallığı budur ki, Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmizin Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir. Daim çıxışlarında «Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk» söyləyən cənab İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycanın bundan sonra daha da möhtəşəm tədbirlərə ev sahibliyi edəcəyi, müxtəlif qurumlara üzv qəbul olunacağı, eyni zamanda, fəxri qonaq qismində qatılacağı şəksizdir. COP29 bir daha bu reallıqların təqdimatına geniş imkanlar yaradacaq.

Oxunub: 10126
Paylaş:
Digər xəbərlər

Siyasət

24-10-2024, 13:20

İlham Əliyev XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclasında iştirak edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

28-10-2024, 11:30

Şahin Xurşudov: Qətiyyətli və siyasi iradəyə söykənən mövqeyimiz [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-08-2024, 09:16

Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

25-10-2024, 11:45

Tələbələrin sevimlisi gözəl insan Xosrov Musayev [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-10-2024, 11:36

İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Aztəminatlı ailələrə şad xəbər
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
Hadisə
Bugün, 12:30
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Bugün, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Bugün, 12:21
Gəmidəkilərin nəşləri tapıldı
Bugün, 12:17
Bakıda hoteldə ölüm hadisəsi
Bugün, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Bugün, 09:31
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Son xəbərlər
  • Bugün, 16:00
    Azərbaycanda yağ kəskin BAHALAŞDI
  • Bugün, 14:10
    Aztəminatlı ailələrə şad xəbər
  • Bugün, 13:21
    Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
  • Bugün, 13:16
    Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
  • Bugün, 13:02
    Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
  • Bugün, 12:30
    Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
  • Bugün, 12:25
    Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
  • Bugün, 12:21
    Gəmidəkilərin nəşləri tapıldı
  • Bugün, 12:17
    Bakıda hoteldə ölüm hadisəsi
  • Bugün, 11:23
    Hacı Əliyev millinin böyük məşqçisi oldu
  • Bugün, 11:00
    Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
  • Bugün, 10:50
    Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
  • Bugün, 10:45
    Millimiz San Marinoya qarşı
  • Bugün, 10:40
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Bugün, 10:26
    Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
  • Bugün, 10:15
    Bu əraziyə şortiklə getmək qadağan edildi
  • Bugün, 09:58
    Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
  • Bugün, 09:37
    Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
  • Bugün, 09:31
    Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
  • Bugün, 09:24
    Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
  • Bugün, 09:00
    "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
  • Dün, 16:00
    Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
  • Dün, 15:30
    "Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
  • Dün, 13:40
    Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
  • Dün, 12:53
    Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:49
    Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
  • Dün, 12:40
    Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
  • Dün, 12:35
    Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
  • Dün, 12:15
    Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
  • Dün, 12:11
    Paşinyanı ilk təbrik edən Türk dövləti - Əməkdaşlığa hazırıq
  • Dün, 12:07
    İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır
  • Dün, 11:53
    Paşinyandan Bakı və Ankaraya təşəkkür
  • Dün, 11:15
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar
  • Dün, 10:52
    Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
  • Dün, 10:29
    Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə