• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir

---

7-10-2024, 10:33

Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir


Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbde şagirdlərlə "Narkomaniyaya yox deyək"adlı tədbir keçirilib.Tədbirdə Xırdalan Polis şöbəsinin əməkdaşları, Mehdiabad qəsəbə Bələdiyyə nümayəndəsi,Icra nümayəndəsi,Mehdiabad Ambulatoriyasından həkimlər iştirak edirdi.
Şagirdlərə Narkomaniya mövzusunda slayd təqdim edildi.

Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir
Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir
Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir
Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir
Afət Camalova: Xalqımızın gələcəyi etibarlı əllərdədir


Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Afət Camalova - Cəbrayıl Şəhəri Günü ərəfəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri müəyyənləşdirilən məqsəd və vəzifələrin tərkib hissəsi olaraq qarşıya qoyulmuş yeni hədəflərin icrasına xidmət edir. Səfər çərçivəsində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin, yeni su elektrik stansiyasının açılışı, yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin missiyanın yerinə yetirilməsinə yönəlib. Bu, eyni zamanda, spesifik sahə olan turizmin inkişafı üzrə perspektivlərin açılması, yeni iş yerlərinin yaradılması və insanların rifahı deməkdir.

Dövlət başçısı Cəbrayıl şəhərində çıxışı zamanı bildirib ki, təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir: “Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm”.

İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləcə də 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi tamamilə məhv edilmişdir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad edilməsi tarixi Zəfərə gedən yolda ilk müjdə oldu. Müzəffər Ali Baş Komandanın həmin gün bəyan etdiyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb, Vətən müharibəsindəki ilk ciddi uğur isə Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində yerləşən və strateji mövqeyə malik Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometrlik Azərbaycan-İran sərhədi erməni işğalçılarından təmizləndi.

Böyük Qayıdış Proqramı üzrə Cəbrayıla ilk köç sentyabrın 26-da gerçəkləşib. 31 ildən sonra Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. İlk köç karvanında 36 ailə (117 nəfər) doğma yurda yola salınıb. Sentyabrın 28-də daha bir köç karvanı (41 ailə - 124 nəfər) Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola düşüb. Sentyabrın 30-da isə növbəti köç karvanı ilə 40 ailə (123 nəfər) Cəbrayıl şəhərinə yola salınıb. Sakinlər şəhərdə yeni inşa olunan yaşayış kompleksində yerləşiblər. 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub. Yeni evlərinə köçən sakinlər ilk dəfə bu il 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününü doğma yurdda qeyd ediblər.

Postmüharibə dövründə bu ilin sonunadək dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətinə ayrılan vəsaitin həcmi 19 milyard manatdır. Digər daxili mənbələrdən də vəsaitin cəlb edilməsi istiqamətində işlər görülür. Növbəti illərdə də gözlənilir ki, büdcə bu istiqamətdə maliyyələşdirməni uğurla həyata keçirəcək. Bütövlükdə, bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına azad edilmiş əraziləri yenidən qurur və müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır.

Azərbaycanın haqq işinə dəstək olan ölkələr bərpa-yenidənqurma prosesində iştirak edirlər. Təbii ki, Azərbaycan şirkətləri də bu prosesdə, infrastruktur layihələrinin formalaşmasında və icrasında fəallıq nümayiş etdirirlər. Qardaş Türkiyəni təmsil edən şirkətlər bu prosesin fəal üzvüdür. İtaliya şirkətləri isə enerji şəbəkəsinin formalaşmasında iştirak edirlər. Bu baxımdan Azərbaycan elan etdiyi kimi, məhz birmənalı şəkildə savaş zamanı haqq işinə dəstək olan ölkələrin bərpa və yenidənqurma prosesinin daha fəal şəkildə iştirakında maraqlıdır və bu istiqamətdə intensiv işlər həyata keçirilir.

Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayonun azad edilməsi digər rayonlara uğurlu əks-hücumun müvəffəqiyyətlə aparılmasına imkan yaratdı. Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun cənub kəndlərini və strateji Hadrut qəsəbəsini, eyni zamanda, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu körpüdə Azərbaycan Bayrağını ucaldılması böyük tarixi və siyasi əhəmiyyət kəsb etməklə dövlət sərhədlərimizin bərpasında müstəsna rol oynadı.

Prezident İlham Əliyev çıxışında bildirib ki, ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq: “Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar”.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq mühiti üçün əlverişli zəmin formalaşdı. Lakin bu yeni geosiyasi konfiqurasiyanı qəbul etməyən güc mərkəzləri dərhal hərəkətə keçdilər. Ermənistanın silahlandırılması, regionda gərginliyin artırılması və yeni reallıqlara əks münasibətlər sistemini müşahidə etməyə başladıq. ABŞ və Fransa başda olmaqla bəzi destruktiv qüvvələr regionda öz varlıqlarını sübut etməyə və Ermənistana hərtərəfli dəstək nümayiş etdirməyə təşəbbüs göstərdilər.

Görünən budur ki, ABŞ, eləcə də kollektiv Qərb Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmir, Azərbaycana qarşı birlikdə planlar hazırlayıb reallaşdırmaq məqsədi güdür. Lakin Azərbaycan kənar qüvvələrin bölgəni hərb meydanına çevirməsini önləmək gücündədir. Odur ki, imperialistlərin uzun illər planetin fərqli yerlərində həyata keçirdiyi “parçala və hökmranlıq et” prinsipi Cənubi Qafqazda uğursuzluğa düçar olmağa məhkumdur.

Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ən müasir tələblər səviyyəsində və milli arxitektura qaydalarına uyğun olaraq yeni yaşayış sahələri inşa olunur. Dəmir və quru yol infrastrukturu yenidən qurulur. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda inamla irəliləyir. Perspektivdə isə sözügedən layihə çərçivəsində azad olunmuş ərazilərimiz dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Oxunub: 10155
Paylaş:
Digər xəbərlər

Siyasət

23-08-2023, 13:07

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub

Cəmiyyət

6-12-2023, 10:22

Afət Camalova: Unudulmaz tarix

Hadisə

9-06-2023, 11:34

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Gündəm / Siyasət

17-06-2023, 17:06

İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər

Cəmiyyət

26-09-2023, 11:26

Sabir Mahmudov: Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə