• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mübariz Paşayev: Qəhrəmanlıq və şərəf səlnaməsi

---

25-09-2024, 10:27

Mübariz Paşayev: Qəhrəmanlıq və şərəf səlnaməsi


10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayev - Azərbaycan xalqı özünün ən şərəfli, ən yaddaqalan tarixi günlərindən birini qeyd etməyə hazırlaşır. 27 sentyabr 2020-ci il doğma torpaqlarımızı işğaldan azad etmək, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun və həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Unutmayaq ki, 27 sentyabr həm də uzaq keçmişdən başlanan ədalətsiz tarixi prosesi dəyişdi. Məhz təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini - torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini ortaya qoydu.

Şanlı ordumuzun 44 günlük qəhrəmanlıq səlnaməsinə qısaca nəzər yetirək. Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Həmin Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Bəli, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi milli birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın Qələbə əzmini sarsıda bilməyib. Bu savaşda minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız qəhrəman şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı-canı bahasına işğaldan azad edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə daim yüksək ehtiram göstərir, onların adlarının əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlət başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibəsinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu”.

Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Bu tarixi Qələbə ilə həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək əlindən gələni əsirgəmədi. Beləliklə xalq-iqtidar-ordu birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə həm də hər bir azərbaycanlı üçün ən dəyərli şərəf tarixidir. Unutmayaq ki, müzəffər ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.

Oxunub: 10213
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-09-2023, 10:00

Valid Hüseynov: 27 sentyabr - Zəfər tariximizin başlanğıcı

---

24-09-2024, 10:30

Vüqar Səlimov: Zəfər yolunun başlanğıcı...

Cəmiyyət

2-11-2023, 10:31

Rizvan müəllim: Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü

---

17-09-2024, 12:09

Ayaz Salehov: Azərbaycan xalqı şərəf dolu tarixi günlər yaşayır

Siyasət

4-11-2023, 10:10

Əgər Fransa ilə Ermənistan Azərbaycanla DİL TAPMAZSA... - ŞƏRH

Araşdırma
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Camaat KƏNDdən NİYƏ qaçır ?
Hadisə
Bugün, 13:22
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bugün, 13:04
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Dün, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dün, 12:45
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dün, 11:53
22 motosikletçi saxlanıldı
Son xəbərlər
  • Bugün, 16:00
    Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı
  • Bugün, 15:30
    Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
  • Bugün, 14:41
    Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
  • Bugün, 14:34
    İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
  • Bugün, 14:22
    Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
  • Bugün, 14:00
    Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
  • Bugün, 13:39
    Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
  • Bugün, 13:29
    Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
  • Bugün, 13:22
    Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
  • Bugün, 13:15
    Prezident Kobaxidzeyə zəng etdi
  • Bugün, 13:04
    Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
  • Bugün, 11:59
    Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
  • Bugün, 11:44
    Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
  • Bugün, 10:54
    Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
  • Bugün, 10:50
    Prokurorlar ağac əkdilər - Fotolar
  • Bugün, 10:45
    Dövlət rəsmiləri Bakıda forumda
  • Bugün, 10:00
    Bu gün Qazaxıstanda milli matəm günüdür
  • Bugün, 09:52
    Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
  • Bugün, 09:31
    Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
  • Bugün, 09:30
    "Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
  • Bugün, 09:27
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
  • Bugün, 09:00
    "120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
  • Dün, 16:00
    Normal yaşamaq neçə manatdır? — Açıqlama
  • Dün, 15:30
    Camaat KƏNDdən NİYƏ qaçır ?
  • Dün, 15:18
    Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
  • Dün, 14:22
    “Artsax” deyən kimi qiyamət qopdu
  • Dün, 14:00
    Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
  • Dün, 13:19
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
  • Dün, 13:11
    İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
  • Dün, 12:45
    Leysan, şimşək, dolu - SABAHIN HAVASI
  • Dün, 11:53
    22 motosikletçi saxlanıldı
  • Dün, 11:48
    Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
  • Dün, 11:16
    Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
  • Dün, 10:25
    Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
  • Dün, 10:22
    Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə