• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəfayıl Babayev: Ordun varsa, yurdun var! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

25-09-2024, 10:24

Rəfayıl Babayev: Ordun varsa, yurdun var!


Saatlı Elektrik Şəbəkəsinin müdiri Rəfayıl Babayev - “27 sentyabr təqvimi Azərbaycanın tarixinə və xalqımızın qəlbinə əbədi həkk olundu. Çünki məhz dörd il öncə bu tarixdə Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulması üçün Vətən müharibəsi başladı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu məhv edib. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bundan sonra Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin, eləcə də qismən hərbi səfərbərliyin elan olunması unudulmaz hadisələrdir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq quruma, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda 27 sentyabr günü böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başlamışdı.

Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun sayəsində yaşayırıq. Məhz onların qanı-canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu Qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Vətən müharibəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin, Xocalı soyqırımının, digər erməni qətliamlarının qurbanı olan soydaşlarımızın qisası alındı. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2020-ci il noyabrın 8-də üçrəngli dövlət bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti Qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı.

Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman belə olacaq.

“44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti qəhrəman ordumuzun Zəfər yürüşünün əsasını təşkil etdi. Hazırda doğma Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri və Milli Musiqi Gününün təşkil olunması buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin aparılması Böyük Qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Bütövlükdə, hesab edirəm ki, qazandığımız zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı Ali Baş Komandanla və qəhrəman ordumuzla sıx birlik nümayiş etdirdi. Bu amil bizim Qələbəmizdə çox mühüm rol oynadı. Biz Zəfər tariximizin 3-cü ildönümünü digər möhtəşəm Qələbənin əldə olunması ilə qeyd etdik. Ötən il 19-20 sentyabr tarixlərində 23 saat ərzində ordumuz Qarabağ ərazisində lokal xarakterli antiterror tədbirləri keçirərək erməni separatçılarını diz çökdürdü. Artıq həmin torpaqlarda da Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdlara qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq”.

Oxunub: 10145
Paylaş:
Digər xəbərlər

---

24-09-2024, 10:30

Vüqar Səlimov: Zəfər yolunun başlanğıcı... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-09-2023, 10:00

Valid Hüseynov: 27 sentyabr - Zəfər tariximizin başlanğıcı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

5-11-2023, 12:57

Vəzir Həsənov: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

5-09-2024, 11:32

Maya Yunusova: Böyük sabahlara gedən yol [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-10-2023, 11:37

Elsevər Kərimov: Azərbaycan öz istəyinə nail oldu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə