• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elgün İsmayılov: Tarixə qızıl hərflərlə yazılan 23 saat 43 dəqiqə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

19-09-2024, 10:40

Elgün İsmayılov: Tarixə qızıl hərflərlə yazılan 23 saat 43 dəqiqə


Ağcabədi Rayon İcra Hakimiyyətinin Hindarx kənd icra nümayəndəsi Elgün İsmayılov - Tarixi vərəqlədikcə mənfur düşmənin terror əməlləri, mənfur xislətləri göz önündə sərgilənir. Haqq, ədalət uğrunda hər zaman mübarizə aparan Azərbaycan dövləti, xalqı zaman-zaman təcavüzkar əməllərindən əl çəkməyən işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı apardığı terrorla, təxribatla mübarizə aparıb.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bu təxribat ermənilərin həyata keçirdiyi ilk mənfur əməl deyil. Ermənilər 1990-cı ildən bu yana Azərbaycanın ərazi bütövlüyünü pozmaqla yüzlərlə mülki vətəndaşı qətlə yetirib. Həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməlləri Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulmasını və tərk-silah edilməsini, lokal xarakterli antiterror tədbirlərinin həyata keçirməsini qaçılmaz etdi. Haqq, ədalət, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi yolunda uğurla irəliləyən ölkəmiz cəmi bir gün ərzində ermənilərin qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edən terrorçu dəstələri tərk-silah edilərək təslim olmağa məcbur etdi.

Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub.

Tarixi zəfərdən sonrakı dövrdə 300-dən artıq Azərbaycan vətəndaşı düşmənin mina terrorundan zərər çəkib. Bunlar arasında dinc sakinlər, uşaqlar, əsgərlərimiz var idi. Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin başlıca məqsədi bu ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin təmin olunması olub.

“Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında keçən qısa vaxt ərzində düşmənin təxribatlarının, yeni planlarının qarşısı alındı. Qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması, separatçıların "ağ bayraq" qaldırması ordumuzun peşəkarlığının növbəti təsdiqi oldu. Tarixə qızıl hərflərlə yazılan 23 saat 43 dəqiqədə Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoymaqla yanaşı, Azərbaycanın suverenliyinə kölgə salmaq istəyənlərə ciddi mesaj verildi. Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha dünyanın gözü qarşısında vandalizm aktları törətməkdən çəkinməyən, Azərbaycanın tarixi torpaqlarına göz tikən düşmənə başa saldı ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Sentyabrın 19-20-də 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyuldu. İşğalçı Ermənistanın təcavüzkar terrorçu qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alınması, bir daha təsdiqlədi ki, Azərbaycan öz maraqlarını müdafiə edir, haqqa, ədalətə söykənən mövqeyini dəstəkləyir.

Düşmən işğalından azad olan torpaqlara soydaşlarımız illərin həsrəti ilə yaşadıqları dədə-baba ocaqlarında firavan həyat sürmək niyyəti ilə qayıdırlar.

Oxunub: 10164
Paylaş:
Digər xəbərlər

Hadisə

25-09-2023, 10:18

Xocavənddə dörd polis, iki mülki şəxsə qarşı terror törədənlər saxlanılıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-09-2023, 10:13

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

19-09-2023, 12:42

Ermənilərin törətdiyi terror aktında həlak olan polislərin sayı 4-ə çatıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-09-2023, 10:36

Erməni terroru nəticəsində həlak olan polis əməkdaşı ilə vida mərasimi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-09-2023, 10:10

Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Dün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Dün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Dün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Dün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • 13-07-2026, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • 13-07-2026, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • 13-07-2026, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • 13-07-2026, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • 13-07-2026, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • 13-07-2026, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • 13-07-2026, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • 13-07-2026, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • 13-07-2026, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • 13-07-2026, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • 13-07-2026, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • 13-07-2026, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • 13-07-2026, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • 13-07-2026, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə