• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir

---

10-07-2024, 10:24

Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “Ağ Göl” Milli Parkının direktoru Xəzər Məhərrəmovdur.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xəzər Məhərrəmov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Xəzər Məhərrəmov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“Ağ Göl” Milli Parkının direktoru Xəzər Məhərrəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xəzər Məhərrəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xəzər Məhərrəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Ağ Göl” Milli Parkının direktoru Xəzər Məhərrəmova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Ağ Göl” Milli Parkının direktoru Xəzər Məhərrəmov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Xəzər Məhərrəmov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Xəzər Məhərrəmov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Xəzər Məhərrəmovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Ağ Göl” Milli Parkının direktoru Xəzər Məhərrəmov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” (Ramsar, İran, 1971) “Ramsar Siyahısı”na daxil edilmişdir.Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 02 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir.Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir.Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorunqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan,qırtıc və s. geniş yayılmışdır.Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır.Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır.Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.


Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir
Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir
Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir
Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir
Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir

Oxunub: 10185
Paylaş:
Digər xəbərlər

---

7-07-2024, 12:55

Rafiq Qarayev şəhid ailələrinə hər zaman öz dəstəyini göstərib

---

8-07-2024, 10:42

Hacı Əliş müəllim şəhid ailələri, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərir

---

2-06-2024, 11:29

Əlibaba həkim hər zaman şəhid ailələrinə xüsusi qayğı göstərir

---

3-06-2024, 11:24

Şərəfli vəzifə sahibi Sübhan Xəlilov

---

3-06-2024, 11:15

Ziyəddin Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Araşdırma
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
Təhlükəli hesab edilən mallar bazardan geri çağırılacaq
Hadisə
Bugün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
Dün, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dün, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Bugün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Bugün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Bugün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Bugün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Bugün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Bugün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Bugün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Bugün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Bugün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Bugün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Bugün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Bugün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Bugün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Bugün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Bugün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Bugün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • Dün, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • Dün, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • Dün, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • Dün, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • Dün, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Dün, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • Dün, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • Dün, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • Dün, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Dün, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Dün, 10:43
    Bu gün 5 matç var
  • Dün, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dün, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • Dün, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dün, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
  • Dün, 10:01
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dün, 09:56
    Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
  • Dün, 09:33
    Azərbaycan dünyada üçüncü oldu - Bu göstəriciyə görə
  • Dün, 09:29
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə