• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir

---

19-03-2024, 11:03

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir


Tovuz şəhər Yanıqlı kənd uşaq bağçasının müdiri Rüxsarə Orucova - Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi.
1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Artıq ikinci ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi.
Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.
Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir.
28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisədir.
21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir.

Oxunub: 10219
Paylaş:
Digər xəbərlər

---

17-03-2024, 11:20

“Novruz milli-mənəvi dəyərlərimizin təcəssümüdür”

---

19-03-2024, 10:57

Novruz bayramı həm də dostluq bayramıdır

---

19-03-2024, 10:55

Novruz bayramı xalqımızın qədim tarixə və mədəniyyətə sahib olmasının daha bir sübutudur

---

17-03-2024, 11:55

Novruz bayramı xalqımızın qədim tarixə və mədəniyyətə sahib olmasının daha bir sübutudur

---

17-03-2024, 12:43

Novruz bayramının mənşəyi, tarixi və adətləri

Araşdırma
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Hadisə
Bugün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Bugün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bugün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bugün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Bugün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Bugün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Bugün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Bugün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Bugün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Bugün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Bugün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Bugün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Bugün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Bugün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Bugün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Bugün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Bugün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Bugün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Bugün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Bugün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Bugün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Bugün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Bugün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Bugün, 09:08
    Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • Bugün, 09:00
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Dün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə