• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Görülən işlər əsl örnəkdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

7-03-2024, 11:50

Görülən işlər əsl örnəkdir


Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbinin direktoru Tanrıverdi Məmmədov - Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Belə ki, mövcud istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən çoxlu sayda Fərman və Sərəncamlar imzalanmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayan Ulu Öndər Heydər Əliyev eyni tarixdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərman imzalamışdır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən Prezident İlham Əliyev də bu istiqamətdə böyük işlər görmüşdür. Ölkə başçısı İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Gender bərabərliyinin təmin edilməsi üçün kamil qanunvericilik bazası yaradılmışdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə də təsbit olunmuşdrur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi bir çox konvensiyalara qoşulmuşdur. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Bir sözlə, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bir nümunədir. Mehriban xanım öz genişmiyaslı və səmərəli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Oxunub: 10127
Paylaş:
Digər xəbərlər

---

4-03-2024, 16:41

Aqiyə Naxçıvanlı: “Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

3-03-2024, 16:47

Eltun Süleymanov: “ Azərbaycan qadını şərəflidir” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

6-03-2024, 12:48

Kürdoğlu Muradov daim şəhid ailələrinə özəl qayğı göstərir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

9-03-2024, 11:33

Nisə İsmayılova vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
PUA-larla bağlı qanun dəyişir
Bu məhsullar gömrük rüsumundan azad edilir
Hadisə
Dün, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Dün, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Dün, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • Dün, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • Dün, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • Dün, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
  • Dün, 12:04
    Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - Fotolar
  • Dün, 11:45
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • Dün, 11:30
    Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
  • Dün, 11:23
    İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi
  • Dün, 11:18
    İlham Əliyev Laçında - FOTOLAR
  • Dün, 10:11
    Xirosimadan 24 dəfə güclü atom bombası - Hazırdır
  • Dün, 10:07
    Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
  • Dün, 10:01
    İran nüvə obyektlərində hərəkətlilik: Bərpa başlayıb?
  • Dün, 09:39
    Uran bizə verilməsə, İranla heç bir razılaşma olmayacaq – Ağ Ev rəsmisi
  • Dün, 09:23
    Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
  • Dün, 09:17
    Elşən Türkiyədə seriala çəkilir - FOTO
  • Dün, 09:00
    Dünyanı yeni pandemiyalar bürüyə bilər - XƏBƏRDARLIQ
  • 10-07-2026, 16:00
    ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?
  • 10-07-2026, 15:30
    Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
  • 10-07-2026, 14:01
    Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
  • 10-07-2026, 13:09
    Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT
  • 10-07-2026, 12:20
    Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
  • 10-07-2026, 12:06
    PUA-larla bağlı qanun dəyişir
  • 10-07-2026, 12:02
    Bu məhsullar gömrük rüsumundan azad edilir
  • 10-07-2026, 11:58
    Qumara görə cəzalar sərtləşdirilir
  • 10-07-2026, 11:48
    Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
  • 10-07-2026, 11:30
    Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
  • 10-07-2026, 11:26
    “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
  • 10-07-2026, 11:22
    Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları söküldü
  • 10-07-2026, 11:06
    “Təbii ki, ətin qiyməti qalxacaq”
  • 10-07-2026, 10:50
    DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
  • 10-07-2026, 10:45
    Azərbaycan Ermənistana 434 min avro ödəyib
  • 10-07-2026, 10:36
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - Foto
  • 10-07-2026, 10:17
    Azərbaycan və Serbiya hərbi mütəxəssisləri məsləhətləşmə apardı
  • 10-07-2026, 10:10
    Bakıda velosiped və skuter sürənlərin nəzərinə!
  • 10-07-2026, 10:06
    Azərbaycan və Rusiya mühüm sənəd imzaladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə