• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan uğurunun müəllifi

---

11-02-2024, 10:55

Azərbaycan uğurunun müəllifi


Gədəbəy şəhər İƏD nümayəndəsi Elduz Məhərrəmov - “Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. Bu, çox əhəmiyyətli bayram idi, çünki ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi”. “7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev qələbə qazandı. Bu, xalqımızın inamının, etimadının təsdiqi olmaqla yanaşı, son 20 ildə görülən işlərə, həyata keçirilən təkmil islahatlara, Azərbaycanı zəfərdən-zəfərə aparan siyasətə verilən dəyər kimi xarakterizə edilir. Xalqımız hər zaman Heydər Əliyev siyasətini dəstəkləyir, bu yolun ölkəmizə bundan sonra da möhtəşəm uğurlar qazandıracağına əmindir. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə cənab İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini qazanıb. Demokratik, şəffaf və beynəlxalq standartlara cavab verən prezident seçkiləri bayram əhval-ruhiyyəsində keçirildi. Xalqımızın sevincinə sevinc qatıldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər hər birimizi qürurlandırdı. Soydaşlarımız 30 ildən sonra öz dogma yurd-yuvalarında seçki kampaniyasına qatıldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda keçirilən Zəfər seçkilərinə beynəlxalq diqqət yüksək səviyyədə oldu. Seçki kampaniyasını izləyən xarici müşahidəçilərin rəylərində Azərbaycanın inkişafı təqdir edilərək beynəlxalq ictimaiyyətə açıq ölkə olduğu xüsusi vurğulandı. Seçkilərin yüksək səviyyədə keçirildiyini təsdiqləyən mühüm faktorlar sırasında seçici fəallığı da xüsusi qeyd edildi. Qalib ölkənin qalib xalqı olaraq Zəfər seçkilərində iştirak etmək, seçki hüququndan istifadə edərək gələcəyimizlə bağlı düzgün seçim etmək böyük xoşbəxtlikdir. Qalib xalqın qalib Liderinin qələbəsi Azərbaycanın gələcək inkişafının, zəfərlərinin aydın mənzərəsini yaradır.”

Bu seçkilər dövlət başçısı İlham Əliyevin son 20 ildə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin təqdimatı oldu: “Hər zaman qürurla qeyd etdiyimiz kimi, Azərbaycanın uğurlarının zirvəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən ilin 23 aprel tarixində ərazi bütövlüyümüzün və sentyabrın 19-da həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması dayanır. Artıq 2023-cü ilin 20 sentyabr tarixindən yeni dövr başlayıb. Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalandı. Bununla son 20 ildə verilən bütün vədlər icra edildi, yeni hədəflərin müəyyənləşdirilməsi bir çağırış kimi qarşıda dayandı.”

Cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri özündə mühüm məqamları ehtiva edir: “Ötən il Xankəndi şəhərində Azərbaycan Bayrağının ucaldılması, hərbi paradın, həmçinin futbol matçının keçirilməsi, bu il 7 fevral tarixində dünyanın diqqətinin növbəti dəfə bu məkana yönəldilərək seçkilərin izlənilməsi tariximizin qürurverici hadisələridir. Dövlət başçısı İlham Əliyev bu ilin ilk ayında, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bu müjdəni də verdi ki, keçmiş məcburi köçkünlərin qayıtdıqları Laçın və Füzuli şəhərlərinin sırasına bu il Şuşa, Kəlbəcər, Cəbrayıl, Xankəndi və Xocalı da daxil olacaq. Dövlət başçısı İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli iş dayanır. Əsas hədəflərdən biri 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün dogma yurd-yuvasına qayıtmasıdır.”

Hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı əks etdirir: “Xalqımız sevinclidir, qürurludur. Bu xoş ovqat onların seçkilərdə fəallığında da özünün aydın ifadəsini tapdı. Xarici müşahidəçilərin rəylərində də bu məqam xüsusi qeyd edilir ki, əsl bayram ab-havası yaşandı. Ölkəsini, xalqını daim zirvələrdə görmək istəyən, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycana zəfərlər qazandıran, torpaqlarımızı tarixi sahibinə qovuşduran qalib Liderə milyonların sevgisi şəksizdir. 7 fevral prezident seçkiləri bunu bir daha təsdiqlədi. Xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Zəfər seçkiləri qalib Azərbaycanın qarşısında yeni üfüqlər açır. Bu, ölkəmizin regional inkişafın aparıcı qüvvəsi, dünya birliyində layiqli yer tutan, sözünün imzası qədər dəyəri olan Azərbaycanın rolunun daha da artmasında, söz sahibliyində özünü təsdiqləyəcək. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi ölkəmizin mövqeyi daha da möhkəmlənəcək. Dövlət başçısı İlham Əliyevə bu və ya digər ölkələrin dövlət, hökumət başçılarının təbrik məktublarında da Azərbaycanın gələcəkdə əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə töhfələri əminliklə vurğulanır. Azərbaycanın uğurlarında Prezident İlham Əliyevin nüfuzu xüsusi önə çəkilir.”

Oxunub: 10172
Paylaş:
Digər xəbərlər

---

8-02-2024, 10:32

Mirzağa Hümbətov: Zəfər təntənəsi: xalq-Lider birliyinin möhtəşəm ifadəsi!

---

7-02-2024, 10:32

Heydər Yaqubov: Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu

Cəmiyyət

18-12-2023, 01:03

Elşən Cəbrayılov: Xalqın etimadını doğruldan Prezident

---

7-02-2024, 23:28

Şöhrəddin Verdiyev: Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 16:00
    Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə