• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dilarə Mövlayeva: Demokratik inkişafın siyasi özülü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

5-03-2024, 11:53

Dilarə Mövlayeva: Demokratik inkişafın siyasi özülü


ATİAHİ Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Dilarə Mövlayevanın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Dilarə Mövlayeva çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Dilarə Mövlayeva ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

ATİAHİ Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva - Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətdə olan qüvvələrin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

1992-ci ildə hakimiyyətdə olan qüvvələrin bacarıqsızlığı və naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Dilarə Mövlayeva: Demokratik inkişafın siyasi özülü


Güclü və xarizmatik lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutdu. Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qəytiyyətli müdafiəçisinə çevrilmişdi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.

Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin institusional sütunlarından olan siyasi sistemin təşəkkül tapması baxımından da əlamətdar idi. Çünki o zamana qədər Azərbaycanda sivil siyasi münasibətlərdən - siyasi qüvvələr arasında inkişafa xidmət edən sağlam rəqabətdən, milli məsələlərə rasional və konstruktiv yanaşmadan söhbət belə gedə bilməzdi. Yeni Azərbaycan Partiyası məhz bu ictimai-siyasi ənənələri yaratdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu.

Bütün bu proseslərdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz siyasi lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək xalqın müqəddəs amal ətrafında səfərbər olunmasına öz töhfəsini vermişdir.

Müdrik xalqımız ötən illər ərzində partiyanın həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləməklə bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərini həyata keçirən siyasi qüvvədir. Bunu 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin nəticələri bir daha təsdiqlədi. Seçkilərdə mütəşəkkil surətdə iştirak edən xalqın mütləq əksəriyyəti öz səsini yenidən YAP-ın sədri cənab İlham Əliyevə verməklə partiyaya və onun liderinə olan inamını, sevgisini bir daha göstərdi.

Oxunub: 10146
Paylaş:
Digər xəbərlər

---

3-03-2024, 10:58

Vahid müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

1-03-2024, 13:56

Yeni inkişaf mərhələsinin başlanğıcı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

29-02-2024, 13:47

Bir yumruq kimi səfərbər olmuş Xalqımız [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Hadisə
Dün, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Dün, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Dün, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
4-06-2026, 11:41
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Son xəbərlər
  • Dün, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dün, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dün, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dün, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dün, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dün, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dün, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dün, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dün, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dün, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dün, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dün, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dün, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dün, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dün, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dün, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dün, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dün, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dün, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dün, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dün, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dün, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dün, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • Dün, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • 4-06-2026, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • 4-06-2026, 13:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • 4-06-2026, 13:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • 4-06-2026, 13:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • 4-06-2026, 11:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • 4-06-2026, 11:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • 4-06-2026, 11:47
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • 4-06-2026, 11:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə