• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -Fotolar

---

9-06-2023, 15:51

AHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -Fotolar


İsveçrənin Cenevrə şəhərində iyunun 5-dən 16-dək Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

Sessiyada postpandemiya dövründə mühüm qlobal sosial məsələlər müzakirə edilir. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev iştirak edir.
İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiyada çıxış edərək mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf göstəricilərindən, DOST konsepsiyasının nailiyyətlərindən, "Əmək və Məşğulluq" altsisteminin mühüm faydalarından bəhs edib. O həmçinin Azərbaycanın Ermənistan işğalından azad edilmiş ərazilərində aparılan abadlıq-quruculuq işləri haqqında da məlumat verib.
Bildirilib ki, Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru nəticəsində 302 Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur.
İyunun 9-da tədbirdə AHİK sədri Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafından, uğurlu iqtisadi göstəricilərindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi aspektində hökumət tərəfindən atılan addımlardan, bütün sahələri əhatə edən effektli islahatlardan və həyata keçirilən proqramlardan danışıb. Bildirib ki, 2021-ci ildə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” adlı sənədin əsas məqsədi ölkə iqtisadiyyatının gücləndirilməsi zəminində əhalinin rifah səviyyəsinin yüksəldilməsi, yoxsulluğun minimuma endirilməsi, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, xarici bazarlara çıxışın liberallaşdırılmasıdır: “Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm tədbirlərdən biri kimi, işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşması prosesinin stimullaşdırılması məqsədilə dövlət tərəfindən “Ağıllı kənd” layihəsi hazırlanıb və uğurla həyata keçirilir. Dünya təcrübəsi göstərir ki, bu cür kəndlərin yaradılması texnologiyası mövcud yoxsulluq səviyyəsini 50 %-dək azaltmağa imkan yaradır. Bu proqramın həyata keçirilməsi Avropa Sosial Xartiyasına uyğun olaraq üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə zəmanət verir”.
“Hazırda Beynəlxalq Əmək Təşkilatı ilə bizim aramızda yüksək səviyyədə əməkdaşlıq münasibətləri mövcuddur. Ümidvaram ki, sosial müdafiə ilə bağlı həmkarlar ittifaqı üzvlərinin maarifləndirilməsi sahəsində Beynəlxalq Əmək Təşkilatı tərəfindən texniki dəstək göstərilməsi və səmərəli qarşılıqlı əməkdaşlıq davam etdiriləcək”, - deyən AHİK sədri həmçinin tədbirdə iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü Henrix Yeritsyanın Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara və böhtanlara cavab verib: “Təəssüflə bildirirəm ki, bu sessiyadan sui-istifadə edərək yalançı siyasi təbliğata əl atırlar. Konkret desək, Ermənistan nümayəndə heyəti dəfələrlə ölkəmizə qarşı yersiz və əsassız ittihamlar irəli sürdü. Ermənistan nümayəndə heyəti iddia edir ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirmir və Laçın yolu ilə mülki əhalinin hərəkətini pozur, bununla da ayrı-ayrı şəxslərin sağlamlığına və həyatına təhlükə yaradır. Bu ittihamları təkzib etmək üçün beynəlxalq məhkəmənin müvafiq əmrinə riayət edilməsi tədbiri kimi, 2023-cü ilin aprelində Azərbaycanının Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təssis etməsi barədə məlumatları məmnuniyyətlə bölüşmək istərdim. Yeni yaradılan nəzarət-buraxılış məntəqəsi Laçın yolu boyunca hərəkət üzərində şəffaflıq və qanunun aliliyi mexanizmi kimi xidmət edir. Bununla da hərəkətin təhlükəsizliyi təmin edilir, o cümlədən tibbi məqsədlər üçün hərəkət var. Digər tərəfdən, Ermənistan tərəfinin Laçın yolundan sistemli və genişmiqyaslı sui-istifadə hallarına yol verməsinin qarşısını almaq məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsi tətbiq olunub. Ermənistanın sui-istifadə hallarına Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın ötürülməsi, terrorçuların girişi və digər qanunsuz əməllərin həyata keçirilməsi və bu bölgədə yaşayan dinc sakinlərin sağlamlığı və həyatı üçün təhlükə törədən digər hərəkətlər daxildir”.
Sonra Səttar Möhbalıyev Beynəlxalq Ədalət Məhkəməsinin qərarında deyilənləri Ermənistan nümayəndə heyətinin və digər iştirakçıların diqqətinə çatdırıb: “Azərbaycan Respublikası hər iki istiqamətdə Laçın koridoru boyunca şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin nəzarətsiz hərəkətini təmin etmək üçün öz ixtiyarında bütün tədbirləri görməlidir". Qeyd edim ki, hərəkət və digər insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyinə ayrı-ayrı şəxslərin dövlət sərhədlərindən qanunsuz keçməsi daxil deyil. Ermənistan nümayəndə heyətinə gələcəkdə bu cür beynəlxalq platformalardan yalan təbliğat məqsədləri üçün istifadə etməməyə, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının səhv şərh edilməsindən çəkinməyə çağırırıq”.
Qeyd edək ki, AHİK nümayəndələri səfər çərçivəsində iyunun 11-də keçiriləcək Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 33-cü Baş Assambleyasında da iştirak edəcəklər.

AHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -FotolarAHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -FotolarAHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -FotolarAHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -FotolarAHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -FotolarAHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -Fotolar

Oxunub: 10288
Paylaş:
Digər xəbərlər

---

8-06-2023, 10:25

AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir -Foto

---

2-06-2023, 14:59

Səttar Möhbalıyev “Avropa Azərbaycanın regionda vacib ölkə olduğunu qəbul edir”

---

1-06-2023, 15:21

Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”

---

15-05-2023, 11:07

Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”

---

26-05-2023, 15:28

Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

Araşdırma
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
Hadisə
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Dün, 09:28
Bu 12 yolda tıxac var - Siyahı
Dün, 09:20
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Son xəbərlər
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Dün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Dün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
  • Dün, 09:59
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Dün, 09:54
    Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
  • Dün, 09:39
    Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu
  • Dün, 09:28
    Bu 12 yolda tıxac var - Siyahı
  • Dün, 09:22
    Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Dün, 09:20
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
  • Dün, 09:12
    İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
  • Dün, 09:00
    Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə