• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İntiqam müəllim: Qarşıya qoyulan hədəflərə doğru gedirik [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

21-02-2024, 09:59

İntiqam müəllim: Qarşıya qoyulan hədəflərə doğru gedirik


Azərişıq Biləcəri ETSS Enerji İstismar Şöbəsinin rəisi İntiqam müəllim - Son 20 ilin uğurlarına və qarşıdakı dövrün hədəflərinə nəzər saldıqda Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Bu baaxımdan ki, dövlətinin və xalqının gələcəyini düşünən, Azərbaycanın daim zirvələrdə, qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərən, qətiyyət nümayiş etdirən Lideri vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Suverenliyimizin bərpası fonunda ölkənizdə 7 fevral tarixində prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Lideri 92,12 faiz səs qazanaraq Prezident seçildi. Bu qələbə bir daha xalq-Prezident birliyinin sarsılmazlığını təsdiqlədi. Cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycana qazandırdığı möhtəşəm zəfərlər xalqımızın 2003-cü ildə seçimində yanılmadığını, daim cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə əminliyi təsdiqlədi. 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013, 2018 və 2024-cü illər prezident seçkilərində xalqın cənab İlham Əliyevə etimadı deyilənlərə bariz nümunədir. Dövlət başçısı andiçmə mərasimində bu məqamı xüsusi qeyd etdi: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.”
İntiqam müəllim: Qarşıya qoyulan hədəflərə doğru gedirik


Hər bir vədin arxasında konkret əməli iş dayandı. Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın hər bir sahədə qazandığı uğurlardan bəhs etməklə yanaşı, qazanılan təcrübənin nümunə olduğunu açıqladı. Ölkəmizin iqtisadi uğurları, ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna töhfələri, xarici siyasətində yeni istiqamətlərin müəyyənləşdirilməsini zəruri edən səbəblər barədə danışdı və bütün hallarda diqqət yenə də tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına, yaradılan yeni reallıqlara yönəldildi. Əsas hədəflər sırasında hərbi gücümüzün artırılması və işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsi qeyd edildi. Bildirildi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: “Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin edir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Qeyd etdiyimiz kimi, “Dəmir yumruq” gücümüzü, birliyimizi nümayiş etdirdi. Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması gücünün təqdimatı oldu. Ölkəmiz döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü ilə diqqətdə oldu. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız diplomatik mübarizədə qələbəmizi davamlı etdi. Erməni yalanları ifşa olundu. Bəzi dünya gücləri əsil reallıqları bilsələr də ikili standartlara əsaslanan siyasətləri həqiqəti inkar etmək yolunu tutmalarına rəvac verdi. Bu gün də eyni yanaşma davam edir. Buna baxmayaraq qalib Azərbaycan yenə də həqiqətə söykənən, ədalətə və beynəlxalq hüquqa çağırışlar edən siyasətini uğurla davam etdirir, zəfərlərinin miqyasını genişləndirir. Cənab İlham Əliyev “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” fikirləri ilə bunu bir daha təsdiqlədi. Həmçinin bu çağırış edildi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”

Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildikdən sonra ik rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsi təsadüfi deyil. Eyni dilə, mədəniyyətə, tarixə mənsub iki dövlətin dünyanın heç yerində mövcud olmayan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələri ən yüksək zirvədədir. Bu qardaşlıq qarşılıqlı mənfəət güdməyən səmimi münasibətlər üzərində qurulub. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi.
İntiqam müəllim: Qarşıya qoyulan hədəflərə doğru gedirik


Bu gün Türkiyə tək regionda deyil dünyada böyük nüfuza, söz sahibinə, güc mərkəzinə malik bir dövlətdir. Qardaş ölkənin iqtisadiyyatının bütün sahələri, eləcə də hərbi və hərbi sənayesi sürətlə inkişaf edir. Azərbaycanla Türkiyə arasında bağlanmış strateji müttəfiqlik haqqında Bəyannaməyə əsasən iki dövlət arasında iqtisadi və hərbi sahədə əməkdaşlıq getdikcə güclənir və möhkəmlənir. İki dövlətin birgə həyata keçirdiyi iqtisadi və nəqliyyat-loqistika layihələri bölgə ilə yanaşı digər dövlətlərin iqtisadi inkişafına töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır və bu da bu marşrut xəttinin digər ölkələr üçün də nə qədər önəmli olmasından xəbər verir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir. Türkiyə ordusu dünyanın ən güclü ordularındandır və Azərbaycan Ordusu da tam şəkildə Türkiyə ordu modelinə əsasən formalaşdırılıb. İstər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı dünya Azərbaycan Ordusunun gücünün və peşəkarlığının şahidi oldu. Müdafiə Sənayesi sahəsində ölkələrimizin birgə əməkdaşlığı gələcəkdə bu sahədə də böyük uğurlara imza atacaq. Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahələrdə birlik bütün Türkdilli dövlətlərin də birliyinə, Türk Dövlətlər Təşkilatının gələcəkdə güclü bir təşkilata çevrilməsinə də böyük təkan verəcək.

Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstək gücümüzü bir gədər də artırdı. Bu gün də iki qardaş dövlət yumruğu bir hədəfə vurur. Ölkələrimizə qarşı təxribat törətmək istəyən dövlətlərə birlikdə qətiyyətli və sərt şəkildə cavab verilir. Azərbaycanla Türkiyə bir millət iki dövlət bir yumruq olaraq beynəlxalq aləmdə böyük uğurlara imza atacaq.

Oxunub: 10173
Paylaş:
Digər xəbərlər

---

8-02-2024, 10:22

Eyvaz müəllim: Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

7-02-2024, 23:29

Fərmayıl Vəliyev: Yeni hədəflərə doğru… [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-10-2023, 12:11

Azadxan müəllim: Xalqın arzularını reallaşdıran LİDER [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

8-02-2024, 10:32

Mirzağa Hümbətov: Zəfər təntənəsi: xalq-Lider birliyinin möhtəşəm ifadəsi! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-01-2024, 10:35

Qalib Lider İlham Əliyevlə yeni hədəflərə doğru! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Hadisə
Dün, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
Son xəbərlər
  • Dün, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dün, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dün, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dün, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dün, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dün, 10:19
    Polis əməliyyat keçirdi
  • Dün, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • Dün, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • 11-06-2026, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə