• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Jalə Hacıyeva: İnam və sədaqət andı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

15-02-2024, 10:21

Jalə Hacıyeva: İnam və sədaqət andı


111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyeva - Fevralın 14-də Azərbaycan xalqı daha bir tarixi gün yaşadı. Bir həftə bundan əvvəl baş tutan prezident seçkilərinin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən rəsmən təsdiq edildikdən sonra xalqın etimadını bir daha qazanaraq 92,05 faiz səs çoxluğu ilə dövlət başçısı seçilən cənab İlham Əliyev Milli Məclisdə and içərək Preizdent vəzifəsinin icrasına başladı.

İlk öncə qeyd edək ki, seçkilərin nəticələri göstərdi ki, Azərbaycan xalqı öz Liderinə inanır və etimad edir. Bunun da əsas səbəbi son 20 ildə məhz cənab İlham Əliyevin xalqa verdiyi vədi vicdanla və qüsursuz yerinə yetirməsidir. Əsrə bərabər 20 ilə yekun vurduqdan sonra xalq yeni bir dönəmin, yeni çağırışların da məhz onun tərəfindən idarə edilməsinə, firavan həyata, sabit və təhlükəsiz cəmiyyətdə inkişafa səs vermiş oldu.

Milli Məclisdə and içən cənab İlham Əliyev xalqın etimadını yüksək dəyərləndirərək bildirdi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.”

Qeyd edək ki, 2003–2023-cü illər ölkəmizin çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar bir tarix olub ki, bu dövrdə ölkəmiz əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. Bu yolun rəhbəri də məhz cənab Prezident İlham Əliyev oldu. 20 ilin ən möhtəşəm və yaddaqalan, daha doğrusu tariximizə qızıl hərflərlə yazılan hadisəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Ölkə başçısı söylədiyi nitqində bu məsələyə toxunaraq qeyd etdi ki, “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.”

44 günlük müharibəni və antiterror əməliyyatının zəruriliyini qeyd edən ölkə başçısı bir daha vurğulamışdır ki, Azərbaycan xalqının səbrinin də müəyyən həddi var ki bu hədd sona çatmışdı. Ona görə də biz məcburiyyət qarşısında belə tədbirə əl atdıq və 30 il ərzində mifə çevrilmiş Ermənistan ordusunu darmadağın etdik.

İndi isə qarşımızda işğaldan azad olunmuş ərazilərin yenidən bərpa olunması, məcburi köçkünlərin yurd-yuvalarına qaytarılması, dağıdılmış şəhər və kəndlərin müasir üslubda tikilməsi, abadlaşdırılması məsələləri durur. Cənab Prezident bunu öz nitqində belə səciyyələndirdi: “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur.”
Jalə Hacıyeva: İnam və sədaqət andı


Qarabağın və Şərqi Zəngəzurun bərpasını önəmli vəzifə adlandıran ölkə başçısı bu xüsusda görülən işlərin bundan sonra da davam etdiriləcəyini, sərhədlərimizin, təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinin zəriuriliyini, ordumuzun yüksək döyüş hazırlığına malik olmasını qeyd edərək xalqla hakimiyyətin birliyi sayəsində bunun mümkün olacağını bildirmişdir.

Nitqinin sonunda isə cənab Preizdent Ermənistana və onun havadarlarına çox ciddi mesaj ünvanlayaraq Azərbaycan dövləti ilə hədə-qorxu dilində, zor dilində danışmağın mənasız olduğunu bildirdi və açıq mətnlə mesaj verərək onları öz işləri ilə məşğul olmağa çağırdı: “Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun.”

Yeni dövrün başlandığını elan edən və bu yolda xalqımıza uğur diləyən cənab Prezidentə də hər birimiz çətin və şərəfli mübarizədə qalibiyyət arzulayır və inanırıq ki, Azərbaycan xalqı onun rəhbərliyi ilə öz sözünü deyəcəkdir.

Oxunub: 10172
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

14-02-2024, 13:24

Prezident İlham Əliyev and içib - YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-02-2024, 11:47

İlham Əliyevin andiçmə mərasimi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

11-12-2023, 11:38

Jalə Hacıyeva: Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-12-2023, 01:01

Gülnaz Kərimova: Qalib Azərbaycanın qalib Liderinə milyonların sevgisi şəksizdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-02-2024, 13:42

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını təsdiqləyib və elan edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Hadisə
Dün, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
Son xəbərlər
  • Dün, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dün, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dün, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dün, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dün, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dün, 10:19
    Polis əməliyyat keçirdi
  • Dün, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • Dün, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • 11-06-2026, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə