• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Natavan Nəbiyeva: İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir

---

2-02-2024, 00:34

Natavan Nəbiyeva: İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir


Həkim Cərrah Mama-Ginekoloq Natavan Nəbiyeva - Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi, hər şeydən əvvəl, ölkəmizin yeni inkişaf mərhələsinə daxil olması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası müstəqilliyin 30 ili ərzində özünün bütün strateji vəzifələrini uğurla yerinə yetirmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müstəqilliyin başlanğıc illərində xalqımızı və dövlətimizi real təhlükələrdən xilas etmiş, böyük gələcəyin möhkəm əsaslarını yaratmışdır.

Ölkəmizdə hərtərəfli və davamlı inkişafın təmin edilməsi üçün siyasi varislik təmin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 ildən atrıq bir dövr ərzində müstəqil dövlətimizi bütün istiqamətlər üzrə böyük addımlarla və qətiyyətlə irəli aparmışdır. Onun rəhbərliyi ilə “Əsrin müqaviləsi” uğurla davam və inkişaf etdirilərək, ölkəmiz nəinki regionun, hətta Avropanın əsas neft-qaz ixracatçısına çevrilmişdir. Həyata keçirilən uğurlu xarici siyasət Azərbaycan Respublikasını həm regionun və həm də dünyanın həlledici səsə malik olan söz sahibi səviyyəsinə qaldırmışdır. Respublikamızda qeyri-neft sektoru: aqrar sahə, nəqliyyat, gömrük, turizm, ictimai iaşə istiqamətində aparılan islahatlar dövlət büdcəsini formalaşdıran əsas gəlir mənbələri sferasına çatdırılmışdır.

Ən başlıcası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə Azərbaycanın əsas problemi olan Qarabağ düyünü qəti şəkildə həll edilmişdir. Prezident İlham Əliyev cəmi 44 gün ərzində erməni işğalçılarını tarixi Azərbaycan torpağı olan Qarabağda darmadağın edərək, xalqımıza böyük Zəfər qazandırmışdır. Bu ilin 20 sentyabrında isə cəmi bir günlük uğurlu hərbi əməliyyatdan sonra Qarabağda illərdən bəri davam edən separatçı rejimin mövcudluğuna son qoyulmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təsdiq edilmişdir. Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün bütün strateji hədəflərinə nail olmuş, qarşısına qoyduğu vəzifələri layiqincə həyata keçirmişdir.

Bütün bunlara görə Azərbaycan Respublikası hazırda de-fakto yeni inkişaf mərhələsinə daxil olmuşdur. Zamanın meydana çıxardığı bu müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini şərtləndirən ən mühüm səbəbdir. Çünki yeni mərhələnin strategiya və taktikasının müəyyən edilməsi, bu dövrün siaysi-ideoloji, hərbi-iqtisadi, elmi-mədəni istiqamətlər üzrə məsuliyyətli vəzifələrinin məqsədyönlü şəkildə həyata keçirilməsi zərurəti artıq Zamanın tələbinə çevrilmişdir. Azərbaycan xalqı, o cümlədən ölkəmizin alimləri möhkəm inanırlar ki, Azərbaycan Respublikasının qarşıdakı böyük qlobal və mühüm regional problemlərinin həllində ölkəmizin Lideri İlham Əliyev faktoru əsas və həlledici əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, zəngin təcrübəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, doğma xalqından aldığı sarsılmaz etimad onu dünya liderlərinin ön sırasına çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının bundan sonrakı yeni tarixi mərhələsinin qarşıya çıxaracağı bütün problemlərin həll edilməsində və inkişafdan – intibaha doğru hərəkatda İlham Əliyev əvəzsiz imkanlara malikdir.

Bundan başqa, 7 fevral 2024-cü il seçkiləri Azərbaycan tarixində ilk dəfə ölkəmizin ərazi bütövlüyü şəraitində keçiriləcək seçki olaraq tarixə düşür. Artıq Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam edən Böyük Qayıdış hərəkatı Qarabağ əhalisinin əksəriyyətinin özlərinin dədə-baba torpaqlarında səs vermələrinə şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın çoxəsrlik tarixi ərzində ilk dəfə Azərbaycanın bütün ərazisində dövlət bayrağımızın dalğalandığı şəraitdə keçirilən birinci Prezident seçkisi kimi də mühüm ictimai-siyasi əhəmiyyətə malikdir. Bu isə öz növbəsində Azərbaycan Respublikasında müstəqil dövlətimizin suverenliyinin tam təsdiq olunduğu tarixi bir məqamın seçkisinin keçirilməsi deməkdir.

Möhtəşəm 20 ildə bütün istiqamətlər üzrə xalqımıza böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli surətdə inkişaf etdirən Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenliyi tam təsdiq olunmuş müstəqil Azərbaycanın qüdrətli lideridir. Bundan sonrakı dövrdə Azərbaycan Respublikasının çoxcəhətli inkişafının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə qorunması və dövlət suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə meydana çıxacaq problemlərin milli mənafelərimizə uyğun surətdə həll edilməsi üçün əsl dövlət başçısından tələb olunan bütün keyfiyyətlər və xüsusiyyətlərin hamısı ən yüksək səviyyədə İlham Əliyevin simasında cəmlənmişdir. Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir. Azərbaycan xalqı, sadə zəhmət adamlarından tutmuş alimlərimizə, yazıçılarımıza, ziyalılarımıza qədər xalqımızın bütün təbəqələri üçün Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam məntiqi və qanunauyğun bir hal kimi yüksək səviyyədə qəbul edilir. Dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir.

Oxunub: 10155
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-12-2023, 11:32

Dursun müəllim: Müasir Azərbaycanın qurucusu - Ümummilli Lider Heydər Əliyev

Cəmiyyət

12-12-2023, 00:25

Etibar Xəlilov: Xalqa və Vətənə həsr olunan ömür

Cəmiyyət

12-12-2023, 00:23

Əliyusif Aslanov: Xalqa həsr edilmiş ömür

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 16:00
    Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə