• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Həsən Həsənli: Azərbaycan xalqının ürəkdən dəstəklədiyi namizəd [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

22-01-2024, 15:59

Həsən Həsənli: Azərbaycan xalqının ürəkdən dəstəklədiyi namizəd


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Elm və təhsil nazirinin müavini Həsən Həsənli barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Həsən Həsənli Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Həsən Həsənlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Həsən Həsənli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Elm və təhsil nazirinin müavini Həsən Həsənliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli - Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçkiləri qürurvericidir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağrışların uğurla həyata keçirilməsi baxımındam tarixi əhəmiyyət kəsb edir.
Xalqımız möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını əbədi olaraq xatırlayacaq və yüksək qiymətləndirəcəkdir. 7 fevral seçkilərinə gedən yol həm də bu iki qələbə ilə ciddi şəkildə bağlıdır.
Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi olduqca vacib hədəflər gözləyir. Və bu hədəflərə çatmaq da yalnız İlham Əliyev amilindən keçir. Xalqımız hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inamı, etibarı və ehtiyacı tükənməzdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi hesabına qazanıb.
Həsən Həsənli: Azərbaycan xalqının ürəkdən dəstəklədiyi namizəd

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Bu baxımdan respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. Və demək olar ki, bütün cəmiyyət seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edir.
Seçki təşviqatında son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlara bir daha nəzər salınır, keçdiyimiz yolun keşməkeşləri və uğurları seçicilərin, xüsusilə gənclərin diqqətinə çatdırılır. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi bilməli, xalqımıza tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın ancaq və ancaq İlham Əliyev olduğunu unutmamalıdır. Sevindirici haldır ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, İlham Əliyevi dəstəklədiklərini böyük inamla nümayiş etdirirlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi kimi hakimiyyətinin bütün illərində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi andiçmə zamanı xalqa verdiyi vədlərin hamısını ardıcıl olaraq reallığa çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu qürurverici tarixi hadisə 20 illin təsəvvür olunmaz gərgin, məqsədyönlü fəaliyyətin təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planlarının - Cənubi Qafqazın erməniləşdirilmək siyasətinin birdəfəlik məhv edilməsi demək idi.
Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Bu baxımdan cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olundu. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də görüləcək işlər - qarşıda duran hədəflər və yeni çağırışlar ətraflı şəkildə şərh olundu. Bunlar Azərbaycanı daha da irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq, Qarabağı və Şərqi Zəngəzuru qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, bütün sahələrdə yüksək inkişafı təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm vəzifələri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o, üzərinə götürə, şərəflə və uğurla yerinə yetirə bilər.
Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaqdır.
Həsən Həsənli: Azərbaycan xalqının ürəkdən dəstəklədiyi namizəd

İnanıram ki, qarşıdan gələn prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Bütün Azərbaycan xalqının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcəkdir. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının ifadəsi olacaq.
Prezident seçkilərinə iki həftəyə qədər zaman qalıb. Tam əminəm ki, bu qısa zaman kəsiyini də yüksək əhval-ruhiyyə və coşqu ilə yola salacaq və fevralın 7-də böyük siyasi fəallıq nümayiş etdirib, seçki məntəqələrinə gedəcək və vətəndaşlıq mövqeyimizi ortaya qoymaqla cənab İlham Əliyevə səsimizi verəcəyik. Bu seçimimiz İlham Əliyevə millətimizin vəfa borcunun təntənəsi, uğurlu gələcəyimizə verəcəyimiz töhfə olacaqdır.
Dövlətimizə, 50 milyonluq Uca Millətimizə düşərli olsun. Amin!

Oxunub: 10171
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-09-2023, 14:24

Şəhid ailələri, qazilər daim Aran Məlikovun nəzərindədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

11-10-2023, 09:00

Asif Həşimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-09-2023, 00:25

Xanlar Allahverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-10-2023, 09:46

Rəşadət Sadıqov qazilərə, şəhid ailələrinə xüsusi diqqət və hörmət göstərir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

20-09-2023, 13:14

Xəqani Əbdüləzimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Hadisə
Bugün, 09:31
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dün, 12:15
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
Dün, 10:52
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
6-06-2026, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Son xəbərlər
  • Bugün, 10:45
    Millimiz San Marinoya qarşı
  • Bugün, 10:40
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Bugün, 10:26
    Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
  • Bugün, 10:15
    Bu əraziyə şortiklə getmək qadağan edildi
  • Bugün, 09:58
    Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
  • Bugün, 09:37
    Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
  • Bugün, 09:31
    Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
  • Bugün, 09:24
    Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
  • Bugün, 09:00
    "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
  • Dün, 16:00
    Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
  • Dün, 15:30
    "Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
  • Dün, 13:40
    Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
  • Dün, 12:53
    Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:49
    Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
  • Dün, 12:40
    Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
  • Dün, 12:35
    Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
  • Dün, 12:15
    Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
  • Dün, 12:11
    Paşinyanı ilk təbrik edən Türk dövləti - Əməkdaşlığa hazırıq
  • Dün, 12:07
    İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır
  • Dün, 11:53
    Paşinyandan Bakı və Ankaraya təşəkkür
  • Dün, 11:15
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar
  • Dün, 10:52
    Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
  • Dün, 10:29
    Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
  • Dün, 10:13
    TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • Dün, 09:50
    "96 faiz" açıqlaması: Paşinyan qalibdir, ermənilər Moskvanın kursunu rədd etdi
  • Dün, 09:45
    Makron: Rusiya Ermənistanda seçkilərə müdaxilə edib
  • Dün, 09:40
    İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
  • Dün, 09:28
    İsrail İrana zərbə endirdi
  • Dün, 09:23
    Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir
  • Dün, 09:19
    Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
  • Dün, 09:00
    Süni intellekt 1,3 milyard insanı susuz qoya bilər
  • 6-06-2026, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • 6-06-2026, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • 6-06-2026, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • 6-06-2026, 09:37
    Tesla xidmətə cəlb olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə