• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məmməd Əliyev: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

Bugün, 01:33

Məmməd Əliyev: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi


Ağdam rayon dövlət notariat ofisi,
Məmməd Əliyev


“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi haqqında xüsusi sərəncamında göstərildiyi kimi: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir”

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Beləliklə 15 İyun – Milli Qurtuluş günü xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri olmaqla tariximizə qızıl hərflərlə yazıldı. İndi bizi tarixi Qurtuluş günündən 33 illik zaman ayırır. Bu tarix Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edən bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı kimi yazılıb.

XX əsrdə ikinci dəfə müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya bütün ölkəni bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Həmin illər ölkəmizin müasir tarixində hərc-mərclik və özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ölkədə xaos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın o zamankı geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmış və ölkəmizə real müstəqillik qazandırmışdır. İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin etmişdir. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu dünya birliyindən təcrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini və etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirmişdir. Bir sözlə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi – 1993-2003-cü illəri əhatə edən dövr Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır.

Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir.

Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.

Son illər Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir.

Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Dövlətimizin başçısının bilavasitə nəzarəti ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl guşələrindən birinə çevirəcək və bu, tariximizə daha bir uğur səhifəsi kimi yazılacaq. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ulu Öndərin siyasi kursuna sadiqlik Azərbaycanı dünyada qalib, qüdrətli dövlət kimi tanıtdı. Dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirərək torpaqlarmızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa edərək müstəqillik tariximizdə əbədi izini qoydu. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Nə qədər ki Azərbaycan var, nə qədər ki Azərbaycan xalqı var, o qədər də bu dövləti quran, onu əbədi inkişaf yoluna çıxaran Heydər Əliyev xalqın qəlbində əbədi yaşayacaq.

Bu gün xalqımız görür ki, Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Əminik ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək,böyük uğurlar qazandıracaqdır.

Oxunub: 1028
Paylaş:
Digər xəbərlər

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

22-06-2023, 14:33

Masallıda şəhidlərin xatirəsinə həsr edilən cüdo turniri keçirildi - FOTOLAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

17-06-2023, 11:10

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı və konsert keçirilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Orta aylıq maaş 1200 manata çatır
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Aqrar sahədə regional müşavirələrə start verilir
Hadisə
Dün, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
Dün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Dün, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
11-06-2026, 11:32
Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış
Son xəbərlər
  • Dün, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • Dün, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • Dün, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • Dün, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • Dün, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • Dün, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • Dün, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • Dün, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • Dün, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • Dün, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • Dün, 11:25
    Prezident həmkarını təbrik etdi
  • Dün, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • Dün, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • Dün, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • Dün, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • Dün, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • Dün, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • Dün, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • Dün, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • Dün, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • Dün, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • Dün, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • 11-06-2026, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
  • 11-06-2026, 12:49
    Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
  • 11-06-2026, 12:45
    Prezident Vuçiç istefaya hazırlaşır
  • 11-06-2026, 11:48
    Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı
  • 11-06-2026, 11:44
    70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
  • 11-06-2026, 11:38
    17 il sonra İLK - Bakı GÜNDOĞAN ölkəni yenidən “kəşf edir”
  • 11-06-2026, 11:32
    Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış
  • 11-06-2026, 11:25
    TƏCİLİ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
  • 11-06-2026, 10:20
    Eldar Əzizov yola salınır?
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə