Son dövrlərdə bəzi internet resurslarında Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov haqqında yayılan əsassız iddialar cəmiyyətdə birmənalı qarşılanmır və qərəzli yanaşma kimi qiymətləndirilir. Qarabağ kimi strateji və həssas bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri dövlətimizin ən mühüm prioritetlərindən biridir. Belə bir məsuliyyətli sahədə çalışan insanların fəaliyyətinə kölgə salmağa yönəlmiş əsassız yazılar isə reallığı əks etdirmir. Çünki bu gün Qarabağda görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nəticələr hər şeyi açıq şəkildə ortaya qoyur.
Leysan Məmmədov rəhbərlik etdiyi sahədə peşəkarlığı, prinsipiallığı və dövlətə sədaqəti ilə seçilən rəhbərlərdən biridir. Onun fəaliyyəti təkcə vəzifə borcunun icrası deyil, eyni zamanda Qarabağın dirçəlişi yolunda həyata keçirilən böyük missiyanın mühüm hissəsidir. Azad edilmiş torpaqlarda yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi, müasir kommunal sistemlərin qurulması, sosial obyektlərin inşası və insanların doğma yurdlarına qayıdışı üçün şərait yaradılması istiqamətində görülən işlər bu gün hər kəsin gözü önündədir.
Qarabağın yenidən qurulması Azərbaycan dövlətinin tarixində ən mühüm layihələrdən biri hesab olunur. Bu layihələrin uğurla icrası isə yalnız peşəkar, məsuliyyətli və dövlət maraqlarını üstün tutan rəhbərlərin fəaliyyəti sayəsində mümkündür. Leysan Məmmədov da məhz belə rəhbərlərdən biri kimi fəaliyyət göstərir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr regionun gələcək inkişafının möhkəm təməllər üzərində qurulmasına xidmət edir.
Bu gün Qarabağda aparılan quruculuq işləri təkcə tikinti prosesi deyil, həm də milli qürurun və tarixi ədalətin bərpasıdır. Hər bir yaşayış məntəqəsinin yenidən qurulması, yolların çəkilməsi və müasir infrastrukturun yaradılması Azərbaycanın gücünü və inkişafını nümayiş etdirir. Leysan Məmmədov da bu böyük prosesdə öz əməyi və idarəçilik bacarığı ilə diqqət çəkən rəhbərlər sırasındadır.
Onun fəaliyyətində şəffaflıq və operativ idarəçilik əsas prinsiplərdən biridir. Görülən işlərin keyfiyyətli və vaxtında icra olunması üçün yüksək tələbkarlıq nümayiş etdirilməsi, layihələrin düzgün koordinasiya olunması və kollektivlə sağlam iş münasibətlərinin qurulması onun rəhbərlik üslubunun əsas xüsusiyyətlərindəndir. Bu yanaşma isə həyata keçirilən layihələrin uğurla tamamlanmasına mühüm təsir göstərir.
Leysan Məmmədovun fəaliyyətində sosial məsuliyyət və insanlara diqqət də xüsusi yer tutur. Şəhid ailələrinə və qazilərimizə göstərilən ehtiram, onların problemlərinə həssas yanaşılması və hər zaman diqqətdə saxlanılması onun yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir. Qarabağ uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə göstərilən qayğı onun fəaliyyətində xüsusi önəm daşıyan məsələlərdəndir.
Qazilərimizə göstərilən diqqət də onun fəaliyyətində mühüm yer tutur. Vətən müharibəsində sağlamlığını itirmiş qəhrəmanların problemlərinin dinlənilməsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində göstərilən həssas münasibət Leysan Məmmədovun vətənpərvər və humanist mövqeyini göstərir. O, hər zaman qazilərimizin yanında olmağa çalışan rəhbərlərdən biri kimi tanınır.
Leysan Məmmədov dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən şəxslərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Qarabağın bərpası siyasətini böyük məsuliyyət və qürur hissi ilə dəstəkləyir. Dövlət başçısının müəyyən etdiyi strateji inkişaf kursunun uğurla icrası üçün bütün imkanların səfərbər olunması istiqamətində böyük səylə çalışır.
Azad olunmuş ərazilərdə həyata keçirilən layihələr bu gün Azərbaycanın gələcəyinə hesablanmış böyük inkişaf proqramıdır. Müasir şəhərlərin və kəndlərin qurulması, insanların rahat yaşayışı üçün yaradılan şərait və yüksək standartlara uyğun infrastruktur Qarabağın əvvəlkindən də gözəl bir bölgəyə çevriləcəyini göstərir. Bu möhtəşəm quruculuq prosesində Leysan Məmmədovun fəaliyyəti də mühüm rol oynayır.
Bəzi qərəzli internet resurslarında yayılan əsassız yazılar isə görülən işlərin miqyası və nəticələri qarşısında heç bir əhəmiyyət daşımır. Reallıq ondan ibarətdir ki, Qarabağda həyata keçirilən layihələr uğurla davam edir və bu işlər Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirir. Heç bir qarayaxma kampaniyası görülən real işlərin dəyərinə kölgə sala bilməz.
Leysan Məmmədovun fəaliyyəti göstərir ki, dövlətə sədaqətlə xidmət edən, məsuliyyətli və peşəkar rəhbərlər Azərbaycanın inkişafı və Qarabağın dirçəlişi yolunda mühüm rol oynayırlar. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr gələcək nəsillər üçün yeni həyatın, inkişafın və rifahın əsasını formalaşdırır.
Sonda Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin kollektivi və icraçı direktoru Leysan Məmmədovu qarşıdan gələn müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və Qarabağın dirçəlişi yolunda həyata keçirdikləri işlərdə yeni nailiyyətlər arzulayırıq.