
Azərbaycanın memarlıq və şəhərsalma tarixində özünəməxsus iz qoyan simalardan biri olan Müsədin Namazov uzun illərdir ki, ölkənin memarlıq ənənələrinin qorunması, müasir layihələndirmə sisteminin inkişafı və dövlət əhəmiyyətli memarlıq layihələrinin yüksək səviyyədə icrası istiqamətində mühüm xidmətlər göstərən peşəkar rəhbərlərdən biri kimi böyük hörmət qazanıb. Onun rəhbərlik etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu bu gün ölkənin ən strateji layihələrinin hazırlanmasında xüsusi rola malik olmaqla yanaşı, Azərbaycan memarlıq məktəbinin inkişafına töhfə verən əsas qurumlardan biri hesab olunur. Müsədin Namazovun fəaliyyəti təkcə peşəkarlıqla deyil, həm də dövlətçilik mövqeyi, milli maraqlara bağlılığı və xalqına xidmət prinsipi ilə seçilir.
Memarlıq sahəsi yalnız bina və tikili layihələndirmək deyil, həm də gələcəyin şəhərlərini formalaşdırmaq, insanların yaşayış tərzinə estetik və funksional dəyər qatmaq missiyasıdır. Müsədin Namazov məhz bu məsuliyyətin fərqində olan rəhbərlərdən biridir. Onun uzun illər ərzində həyata keçirdiyi layihələrdə həm milli memarlıq ənənələrinin qorunması, həm də müasir urbanizasiya tələblərinin nəzərə alınması xüsusi diqqət çəkir. Bu yanaşma nəticəsində hazırlanan layihələr yalnız texniki baxımdan deyil, eyni zamanda estetik baxımdan da nümunəvi hesab olunur. O, memarlığı sadəcə peşə deyil, milli kimliyi yaşadan və gələcək nəsillərə ötürən mənəvi dəyər kimi qəbul edir.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun fəaliyyətində son illərdə müşahidə olunan inkişaf və yenilənmə prosesi də birbaşa Müsədin Namazovun idarəçilik bacarığı ilə əlaqələndirilir. Onun rəhbərliyi altında institut müasir texnologiyaların tətbiqinə xüsusi önəm verərək layihələndirmə prosesində çevik və innovativ yanaşmalar formalaşdırıb. Dövlət əhəmiyyətli obyektlərin, sosial infrastruktur layihələrinin, inzibati və ictimai tikililərin hazırlanmasında institutun peşəkarlığı hər zaman yüksək qiymətləndirilib. Müsədin müəllim iş prosesində tələbkarlığı, dəqiqliyi və məsuliyyət hissi ilə kollektiv arasında xüsusi nüfuz qazanıb.
Müsədin Namazovun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri də onun dövlətə və dövlətçiliyə sonsuz bağlılığıdır. O, hər zaman Azərbaycan dövlətinin maraqlarını üstün tutan, ölkənin inkişaf siyasətini dəstəkləyən və həyata keçirilən genişmiqyaslı quruculuq proseslərinə öz töhfəsini verməyə çalışan ziyalılardan biri kimi tanınır. Dövlət başçısı İlham Əliyev tərəfindən ölkədə aparılan abadlıq, yenidənqurma və şəhərsalma siyasətinə sadiqliyi ilə seçilən Müsədin Namazov öz fəaliyyətində Prezidentin müəyyən etdiyi inkişaf strategiyasını əsas istiqamət kimi qəbul edir. Onun çıxışlarında və fəaliyyətində hər zaman Azərbaycanın gələcəyinə xidmət edən ideyalar üstünlük təşkil edir.
Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən yenidənqurma və tikinti layihələrində memarlıq baxımından milli üslubun qorunması məsələsi Müsədin Namazovun xüsusi həssaslıqla yanaşdığı məsələlərdəndir. O hesab edir ki, müasirliklə milli irsin vəhdəti qorunmalıdır və məhz bu yanaşma Azərbaycan memarlığını fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Bu düşüncə ilə hazırlanan layihələr həm şəhərlərin simasını dəyişir, həm də milli memarlıq ənənələrinin yaşamasına xidmət edir. Onun rəhbərlik etdiyi kollektivin fəaliyyəti nəticəsində həyata keçirilən layihələrdə zövq, funksionallıq və estetik ahəng aydın hiss olunur.
Müsədin Namazovun insanlara münasibəti, xüsusilə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət də daim təqdir olunur. O, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinin hər zaman dövlət və cəmiyyət tərəfindən diqqətdə saxlanılmasının vacibliyini vurğulayan ziyalılardandır. Şəhid ailələri ilə keçirilən görüşlərdə göstərilən mənəvi dəstək, onların problemlərinə həssas yanaşılması və ehtiyaclarının diqqətdə saxlanılması onun yüksək insani keyfiyyətlərinin göstəricisi kimi dəyərləndirilir. Müsədin müəllim bu məsələyə sadəcə vəzifə borcu kimi deyil, vicdani və mənəvi məsuliyyət kimi yanaşır.
Onun rəhbərlik üslubunda insan amili xüsusi yer tutur. Kollektivdə sağlam iş mühitinin formalaşdırılması, gənc memarların və mühəndislərin inkişafına dəstək göstərilməsi, onların peşəkar potensialının üzə çıxarılması istiqamətində həyata keçirdiyi təşəbbüslər də diqqətdən kənarda qalmır. Müsədin Namazov hesab edir ki, güclü dövlət üçün güclü mütəxəssislər yetişdirilməlidir və bu səbəbdən gənclərin inkişafına daim xüsusi həssaslıqla yanaşır. Onun təcrübəsi və peşəkarlığı bir çox gənc mütəxəssis üçün örnək hesab olunur.
Azərbaycanın sürətlə inkişaf edən memarlıq və şəhərsalma siyasətində “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rolu danılmazdır və bu uğurlarda Müsədin Namazovun əməyi xüsusi qeyd olunur. O, illərlə qazandığı təcrübəni dövlətin inkişafına yönəldərək memarlıq sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir. Onun fəaliyyəti göstərir ki, peşəkarlıqla dövlətçilik düşüncəsi bir araya gəldikdə ortaya həm milli maraqlara xidmət edən, həm də gələcək nəsillər üçün dəyər yaradan işlər çıxır.
Müsədin Namazovun adı bu gün memarlıq cameəsində məsuliyyətli rəhbər, peşəkar memar və dövlətinə bağlı ziyalı kimi hörmətlə çəkilir. O, fəaliyyətində daim dürüstlük, peşəkarlıq və vətənə xidmət prinsiplərini əsas tutaraq çalışır. İstər rəhbərlik etdiyi kolleektivdə, istərsə də cəmiyyət arasında qazandığı nüfuz onun illərlə formalaşdırdığı etimadın nəticəsidir. Bu etimadın əsasını isə xalqına, dövlətinə və peşəsinə olan sədaqət təşkil edir.
Bu gün Azərbaycanın müasir memarlıq tarixində mühüm xidmətləri ilə seçilən Müsədin Namazov kimi ziyalıların fəaliyyəti ölkənin inkişaf salnaməsinin ayrılmaz hissəsinə çevrilib. Onun gördüyü işlər, həyata keçirdiyi layihələr və dövlətçilik mövqeyi gələcək nəsillər üçün nümunə kimi dəyərləndirilir. Azərbaycan dövlətinin inkişafına öz peşəsi və əməyi ilə töhfə verən belə şəxslər ölkənin intellektual və peşəkar potensialını daha da gücləndirən əsas simalardandır.