Azərbaycanın içməli su təhlükəsizliyinin təmin olunması, xüsusilə Kür çayından götürülən suların milyonlarla insana keyfiyyətli şəkildə çatdırılması kimi mühüm və məsuliyyətli bir missiyanın arxasında dayanan şəxslərdən biri də Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənovdur. Onun rəhbərliyi altında fəaliyyət göstərən Kür Su Kəmərləri Kompleksi, həm texniki imkanlarına, həm də idarəetmə səmərəliliyinə görə ölkənin ən strateji infrastruktur qurumlarından biri hesab olunur.
Su kimi həyati əhəmiyyət daşıyan bir resursun idarə edilməsi həm peşəkarlıq, həm məsuliyyət, həm də yüksək intizam tələb edən bir sahədir. Eldəniz Həsənov isə bu sahədə illərin təcrübəsi ilə formalaşmış savadlı və uzaqgörən rəhbərdir. Onun əsas məqsədi yalnız suyu kəmərlərlə ötürmək deyil, o suyun sağlamlıq standartlarına tam cavab verməsini təmin etməkdir. Bu isə mürəkkəb və çoxmərhələli texnoloji proseslərin koordinasiyalı şəkildə idarə olunmasını tələb edir.
Kür çayından nasoslar vasitəsilə götürülən su əvvəlcə üfüqi-horizontal durulduculara yönəldilir. Burada ilkin çökdürülmə və xlorlanma prosesi həyata keçirilir. Bu mərhələ suyun dezinfeksiyası baxımından olduqca vacibdir, çünki suyun təmizlənməsinin təməli məhz burada qoyulur. Ardınca reagentləmə və süzgəcdən keçirmə kimi daha incə təmizləmə əməliyyatları tətbiq edilir. Bu proseslər bitdikdən sonra su xüsusi anbarlarda saxlanılır və tam şəffaf, sağlamlıq üçün təhlükəsiz formada magistral xətlərə ötürülərək əhaliyə təqdim olunur.
Bu ardıcıl proseslərin hər mərhələsinin dəqiq işləməsi üçün nəinki texnika, həm də güclü idarəetmə tələb olunur. Eldəniz Həsənov isə məhz bu koordinasiyanın yüksək səviyyədə qurulmasına nail olan rəhbərlərdən biridir. Onun nəzarəti altında çalışan kollektivi yüksək intizamı, çevik müdaxilə qabiliyyəti və peşəkarlığı ilə fərqlənir.
Ən əsası isə Eldəniz müəllim suyu sadəcə texniki məhsul yox, xalqın həyat damarlarından biri kimi görür. Ona görə də idarə etdiyi sistemdə fövqəladə hallara qarşı hər zaman hazır vəziyyətdə olmaq, qəza və fasilələrin qarşısını almaq, sakinlərin su təchizatında heç bir problem hiss etməməsini təmin etmək onun üçün prioritet vəzifədir.
O, təkcə rəhbər deyil, həm də daim sahədə olan, prosesi yalnız kabinetdən deyil, yerində izləyən, işçiləri ilə çiyin-çiyinə çalışan fədakar bir xidmət sahibidir. Su təchizatı kimi strateji sahədə belə məsuliyyətli yanaşma, bir rəhbər olaraq onun vətənə və xalqa sadiqliyinin bariz göstəricisidir.
Bu gün Kürdən götürülən hər damcı su təmiz, sağlam və etibarlı şəkildə milyonlarla insana çatdırılırsa, bu prosesdə Eldəniz Həsənovun əməyini xüsusi qeyd etmək lazımdır. Belə rəhbərlər sayəsində dövlətimizin həyata keçirdiyi su təminatı layihələri real nəticələr verir, insanlar sabit və dayanıqlı infrastrukturdan yararlanırlar.
Su həyatdır – bu həyatı bizə çatdıran fədakar xidmət sahiblərini isə unutmamaq lazımdır. Eldəniz Həsənov bu xidmətin önündə duran dəyərli şəxslərdən biridir.