Ağdaş rayonunun inkişafında fədakar fəaliyyəti ilə seçilən şəxslərdən biri də Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səbuhi Məmmədovdur. O, təkcə vəzifəsinin icrasını deyil, həm də kənd camaatına göstərdiyi yüksək diqqət və xidmətlə tanınır. Səbuhi Məmmədov uzun illər ərzində dövlətə sadiq bir idarəçi kimi fəaliyyət göstərərək həm dövlət siyasətinin yerli səviyyədə uğurla icrasına, həm də əhali ilə səmimi münasibətlərə əsaslanan idarəçilik modelinin formalaşmasına töhfə verib.
Səbuhi Məmmədovun icra nümayəndəsi kimi fəaliyyəti Qülbəndə kəndində sakinlərin rifahının yüksəldilməsi, sosial məsələlərin həlli, kəndin abadlaşdırılması və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm işlərlə yadda qalıb. O, kəndin infrastruktur problemlərinin aradan qaldırılması, yolların bərpası, su-kanalizasiya məsələlərinin tənzimlənməsi və digər sosial məsələlərin çözülməsində öz fəallığı ilə seçilir. Hər zaman kənd camaatının arasında olan nümayəndə, kəndin ahıl insanları, aztəminatlı ailələri, şəhid ailələri və qazilərlə yaxından maraqlanır, onların qayğı və ehtiyaclarının qarşılanması üçün davamlı təşəbbüslər göstərir.
Xüsusilə şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərdiyi diqqət və qayğı onun vətəndaşlıq məsuliyyətini və yüksək insani dəyərlərə sadiqliyini əyani şəkildə nümayiş etdirir. O, bu ailələrin problemlərinin operativ şəkildə həll olunması, onların hər hansı bir müraciətinə dərhal reaksiya verilməsi istiqamətində qətiyyətli mövqe sərgiləyir. Bu humanist yanaşma kənd camaatı tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.
Səbuhi Məmmədov həmçinin kənddə gənclərin və yeniyetmələrin maarifləndirilməsi, mədəni fəaliyyətlərə cəlb olunması, idman və təhsil imkanlarının artırılması sahəsində də bir sıra mütərəqqi təşəbbüslərə imza atıb. O, kənd məktəbləri ilə sıx əməkdaşlıq edir, müəllim və valideynlərlə mütəmadi görüşlər keçirir və gənc nəslin sağlam ruhda formalaşmasına şərait yaradır.
Kənd sakinləri ilə daim birbaşa ünsiyyətdə olması, onların arzu və təkliflərini dinləyərək operativ şəkildə aidiyyəti qurumlara çatdırması onun idarəçilik bacarığının və səmimiyyətinin bariz nümunəsidir. Səbuhi müəllim kəndin həyatında baş verən bütün proseslərdə yaxından iştirak edir, əhali ilə birgə addımlar atır və bununla da onların etimadını qazanır.
Səbuhi Məmmədovun fəaliyyəti bir daha sübut edir ki, yerli icra nümayəndəsi yalnız inzibati şəxs deyil, həm də cəmiyyətin içində olan, onun nəbzini tutan, dövlətlə vətəndaş arasında bir körpü rolunu oynayan mühüm vəzifə daşıyıcısıdır. Onun gördüyü işlər, kəndə və insanlara olan münasibəti və xidmətləri, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Səbuhi Məmmədov bu yüksək məsuliyyəti ləyaqətlə daşıyan və vəzifəsinə sədaqətli olan nümunəvi dövlət qulluqçusudur.