• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

17-07-2023, 12:15

Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir


Sabirabad rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi
Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Sabirabad rayon təşkilatının nümayəndələri, Sabirabad Regional Mədəniyyət İdarəsinin işçiləri və rayon ziyalıları iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra iştirakçıların çıxışları ilə davam edib.

Çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolundan, dünya şöhrətli siyasi xadimin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmasından, 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil etməsindən, Ümummilli Liderin dövlətçilik konsepsiyasının Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmasından bəhs ediblər.

Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir
Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir
Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir
Siraqəddin Cabbarov vətəndaşlara, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir


Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov - 2023-cü ilin ötən dövrünü təhlil edərkən əminliklə qeyd etmək olar ki, bu ilin 6 ayı sosial-iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu oldu. 6 ay ərzində iqtisadiyyatımız inkişaf edib, qeyri-neft sektorumuz 3 faizdən çox genişlənib, qeyri-neft sektorunun sənaye sahəsi isə 6,5 faiz artıb.

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı qazanılan uğurların, maliyyə-iqtisadi artımın səbəblərini vurğulayıb. Cənab Prezident qeyd edib: “İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq”.

Dürüstləşmə zamanı büdcəyə bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manatı isə ölkənin hərbi potensialının gücləndirilməsinə ayrılıb. Bu vəsaitin mütləq əksəriyyətinin qeyd olunan bu iki istiqamətə yönəldilməsi isə təsadüfi deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün ölkə qarşısında duran iki əsas hədəf məhz bu vəzifələrdir. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilan rayonunun Ağalı kəndinə insanlar köçürüldü. Bu il isə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcbur köçkünlərin qayıdışına start verildi. İndiyə qədər dövlət başçısı tərəfindən 30-dək yaşayış məntəqəsinin təməli atılıb. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası geniş vüsət alıb.

Digər vacib istiqamət isə müdafiə və hərbi gücümüzün daha da artırılmasıdır. İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı ordu quruculuğu ilə bağlı bildirib ki, bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir: “İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə”.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bütövlükdə, orduda islahatlar kompleks xarakter daşıyır. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Prezident İlham Əliyev müşavirədə vurğulayıb: “Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”.

Beləliklə, 6 ay ərzində qazanılan nailiyyətlər bu ilin qarşıdakı dövründə də nəzərdə tutulan planların uğurla reallaşacağını deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmiz bütün sahələr üzrə davamlı olaraq inkişaf edir!

Oxunub: 10226
Paylaş:
Digər xəbərlər

---

16-07-2023, 13:42

Qobustan rayon İcra hakimiyyətində silsilə tədbirlər davam edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

6-07-2023, 13:48

Allahverən Əliyev daim şəhid ailələrinə diqqət və qayğı göstərir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-05-2023, 10:49

Ağsuda Mədəniyyət evində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda yığıncaq keçirilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

3-07-2023, 10:21

Sabirabad polisindən əməliyyat: saxlanılan var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

10-07-2023, 10:11

Azərbaycanda direktor müavinini şantaj edən şəxslər həbs olunublar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
Bakıda yeni körpü tikilir
Mopedlərlə bağlı yeni qaydalar
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Hadisə
Bugün, 11:41
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Bugün, 11:20
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
Bugün, 11:15
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
Bugün, 09:45
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bugün, 09:38
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Dün, 16:00
Sabah 31 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 11:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • Bugün, 11:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • Bugün, 11:47
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • Bugün, 11:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
  • Bugün, 11:37
    Bakıda yeni körpü tikilir
  • Bugün, 11:32
    Mopedlərlə bağlı yeni qaydalar
  • Bugün, 11:29
    Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
  • Bugün, 11:20
    Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
  • Bugün, 11:15
    Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
  • Bugün, 09:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Bugün, 09:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bugün, 09:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Bugün, 09:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Bugün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • Dün, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Dün, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Dün, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Dün, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Dün, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Dün, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Dün, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Dün, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Dün, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Dün, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Dün, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Dün, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Dün, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Dün, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
  • Dün, 10:29
    Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
  • Dün, 09:43
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • Dün, 09:35
    Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
  • Dün, 09:27
    ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
  • Dün, 09:22
    Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
  • Dün, 09:00
    Məhərrəm ayı bu tarixdə başlayacaq
  • 2-06-2026, 16:00
    Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə